Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edildi
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Məhkəmənin qərarı ilə B.Ağayev 20 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

19 Oktyabr 2026 Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
19 Oktyabr 2026 Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"
19 Oktyabr 2026 Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
19 Oktyabr 2026 Himnimiz səslənir, Azərbaycan və İran bayraqları dalğalanır və daha nələr-nələr... Vətən xainlərini tanıyın!
17 Oktyabr 2026 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
17 Oktyabr 2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
16 Oktyabr 2026 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var
16 Oktyabr 2026 İrandan Azərbaycana narkotik keçirmək istədilər
16 Oktyabr 2026 Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
16 Oktyabr 2026 15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
16 Oktyabr 2026 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
16 Oktyabr 2026 Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
15 Oktyabr 2026 Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
15 Oktyabr 2026 Bakıda maşın atla toqquşdu
15 Oktyabr 2026 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
15 Oktyabr 2026 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
15 Oktyabr 2026 Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
14 Oktyabr 2026 Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
14 Oktyabr 2026 Bu rəsmi qurumların saytları açılmır
13 Oktyabr 2026 İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı

Xəbər lenti