sahibkarlar-sima-imza-selahiyyetini-onlayn-ve-muddetsiz-oture-biler

Fərdi sahibkarlar və hüquqi şəxslər bundan sonra sima.az saytının “Kabinetim” bölməsində digər şəxslərə müddətsiz imza səlahiyyəti verə bilərlər.

“Yeni funksiya sahibkarlara vergi, gömrük, bank və digər biznes əməliyyatlarını onların adından icra edəcək şəxsləri tam rəqəmsal qaydada təyin etməyə imkan verir.

Səlahiyyətin verilməsi üçün “Kabinetim” bölməsində müvafiq şəxsin FİN kodunu daxil etmək və ona uyğun rol təyin etmək kifayətdir.

Səlahiyyət ötürülən şəxsin sahibkarın müəssisəsində çalışması tələb olunmur: sahibkar imza hüququnu həm öz əməkdaşına, həm də əməkdaşlıq etdiyi digər şəxslərə həvalə edə bilər.

Əsas şərt həmin şəxsin müəssisənin VÖEN-i üzrə SİMA-nın biznes imza sertifikatına malik olmasıdır.

Verilən səlahiyyət müddətsizdir və sahibkar onu istənilən vaxt ləğv etmək hüququna malikdir.

Qeyd edək ki, biznes imza sertifikatını “SİMA İmza” tətbiqində onlayn şəkildə əldə etmək olar. İmzanı ilk dəfə əldə edən şəxslər “6AYPULSUZ” promokodundan yararlanaraq, imzadan ilk 6 ay ərzində ödənişsiz istifadə edə bilərlər.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.

19 Oktyabr 2026 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19 Oktyabr 2026 Zahid Nuriyev: AZADLIQ MƏFKURƏSİNDƏN QALİB DÖVLƏTƏ: AZƏRBAYCANIN 35 İLLİK MÜSTƏQİLLİK SƏLNAMƏSİ
19 Oktyabr 2026 Xəlil Göyüşov: MİLLİ QÜRURDAN TARİXİ ZƏFƏRƏ: MÜSTƏQİL AZƏRBAYCANIN 35 İLLİK YÜKSƏLİŞ SALNAMƏSİ
19 Oktyabr 2026 Teymur Musayev Baş nazirin müavini təyin olundu
19 Oktyabr 2026 Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
19 Oktyabr 2026 Məleykə Abbaszadə PLANI TƏSDİQLƏDİ
19 Oktyabr 2026 Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 Mehman Qəhrəmanov: Müstəqilliyin 35-ci baharı: Azərbaycanın sarsılmaz iradəsi və dövlətçilik qüdrəti
18 Oktyabr 2026 İlham Cəbrayılov: 35 İLİN ZİRVƏSİNDƏ: MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİ UĞURLARI VƏ GƏLƏCƏYƏ İNAMLI ADDIMLARI
18 Oktyabr 2026 Gülağa Əliyev: AZƏRBAYCANIN YENİ TARİXİNİN 35 İLİ: AZADLIQDAN QÜDRƏTƏ UZANAN ŞƏRƏFLİ YOL
18 Oktyabr 2026 Məhəmmed Musayev: 35 İLLİK TARİXİ YOL: MÜSTƏQİLLİYİN GÜCÜ, MİLLİ İRADƏNİN QƏLƏBƏSİ
18 Oktyabr 2026 Fazil Musayev: Müstəqillikdən Zəfərə: Azərbaycanın 35 illik şərəf və qürur salnaməsi
18 Oktyabr 2026 Araz Bəndəliyev: 35 İLLİK MÜSTƏQİLLİK YOLU: AZƏRBAYCANIN AZADLIQ VƏ DÖVLƏTÇİLİK TARİXİ
16 Oktyabr 2026 Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
16 Oktyabr 2026 Evlənənlər də, boşananlar da azalıb
16 Oktyabr 2026 Hərbçilərin pensiya təyinatında - Yenilik!
16 Oktyabr 2026 Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
16 Oktyabr 2026 Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
16 Oktyabr 2026 Mətbuat Şurasının IX qurultayı keçirilir
16 Oktyabr 2026 Kamaləddin Qafarov: “Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir”

Xəbər lenti