Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda ifadə verənlərdən bir də onun oğlu general-mayor Timur Mehdiyevdir.

“Günün səs”i xəbər verir ki, o, şahid qismində dindirilib.

T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib və yaddaşı pozulub.

“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, - o söyləyib.

Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü  — dövlətə xəyanət və 193-1.3.2-ci  — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

19 Oktyabr 2026 Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
19 Oktyabr 2026 Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edildi
19 Oktyabr 2026 Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
19 Oktyabr 2026 Himnimiz səslənir, Azərbaycan və İran bayraqları dalğalanır və daha nələr-nələr... Vətən xainlərini tanıyın!
17 Oktyabr 2026 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
17 Oktyabr 2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
16 Oktyabr 2026 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var
16 Oktyabr 2026 İrandan Azərbaycana narkotik keçirmək istədilər
16 Oktyabr 2026 Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
16 Oktyabr 2026 15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
16 Oktyabr 2026 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
16 Oktyabr 2026 Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
15 Oktyabr 2026 Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
15 Oktyabr 2026 Bakıda maşın atla toqquşdu
15 Oktyabr 2026 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
15 Oktyabr 2026 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
15 Oktyabr 2026 Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
14 Oktyabr 2026 Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
14 Oktyabr 2026 Bu rəsmi qurumların saytları açılmır
13 Oktyabr 2026 İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı

Xəbər lenti