![]() |
|
"Yol-xeber.az" qafqazinfo-ya istinadən xəbər verir ki, “Air Europa” aviaşirkətinə məxsus Amsterdam-Madrid reysi üzrə havaya qalxan “UX1094” təyyarəsindən həyəcan siqnalı göndərilib. Polis göyərtədəki sərnişinlərin girov götürüldüyünü bildirən siqnala basıb.
Dərhal başladılan araşdırma zamanı siqnalın pilot tərəfindən səhvən göndərildiyi məlum olub. Bu barədə şirkətin Tvitter səhifəsində yazılıb. Bütün sərnişinlərin təhlükəsiz vəziyyətdə olduqları və təkrar uçuş üçün gözlədikləri bildirilib. Şirkət narahatlığa görə üzr istəyib.