Ukraynanı tamamilə məhv etmək lazımdır!– Rusiya televiziyalarında dəhşətli çağırışlar

Rusiyanın dövlət televiziyalarında Ukraynanın enerji və nəqliyyat infrastrukturuna zərbələrin daha da gücləndirilməsi tələb olunur. Kremlə yaxın aparıcılar və hərbi ekspertlər qışın yaxınlaşması fonunda milyonlarla insanın istilik və elektrik enerjisindən məhrum qalmasını istehza mövzusuna çeviriblər.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin aparıcı televiziya kanallarında yayımlanan siyasi proqramlarında diqqətçəkən açıqlamalar üzə çıxıb.

“Ukraynanın enerji sistemini hələ tam məhv etməmişik”

Vladimir Solovyovun proqramında çıxış edən istefada olan general-leytenant Yevgeni Bujinski Ukraynanın enerji və nəqliyyat infrastrukturuna daha ağır zərbələr endirilməsini təklif edib.

“Biz Ukraynanın nəqliyyat və enerji infrastrukturunu praktiki olaraq məhv etmək potensialımızdan hələ tam istifadə etməmişik”, – deyə general bildirib.

Bujinski milyonlarla insanın yaşadığı şəhərlərin hələ tamamilə elektriksiz qalmamasından narazılığını ifadə edib.

Onun sözlərinə görə, Avropadan Ukraynaya generatorlar və mobil qazanxanalar göndərilir, zədələnmiş obyektlər isə təmir olunur. Buna görə də Rusiya körpüləri və digər nəqliyyat obyektlərini daha geniş miqyasda dağıtmalıdır.

General müqavimətin davam edəcəyi təqdirdə Ukraynanın iki hissəyə bölünə biləcəyini də iddia edib.

Solovyov: “Ukrayna silinməyə məhkumdur”

Kreml təbliğatçısı Vladimir Solovyov isə Ukrayna xalqının artıq müqavimət iradəsini itirdiyini iddia edərək ölkənin gələcəyini son dərəcə qaranlıq təsvir edib.

O, Ukraynanın faktiki olaraq “silinməyə məhkum olduğunu” söyləyib.

Solovyov eyni zamanda Ukrayna əhalisinin taleyinə görə məsuliyyəti Kiyev rəhbərliyinin üzərinə qoymağa çalışıb və Rusiyanın guya dinc sakinlərin qayğısına qaldığını iddia edib.

Kiselyov donan ukraynalılara istehza etdi

Digər tanınmış televiziya aparıcısı Dmitri Kiselyov Ukraynada istilik sisteminin problemlərini lağa qoyub.

“Ali Radada istilik yoxdur, hamının dişi-dişinə dəyir. Belə davam etsə, qışda Ukrayna parlamentində unitazları buz partladacaq”, – deyə Kiselyov bildirib.

O, Ukrayna iqtisadiyyatının xarici maliyyə yardımları olmadan fəaliyyət göstərə bilməyəcəyini də iddia edib.

Krematoriyaları da hədəfə gətirdilər

Dövlət Dumasının deputatı və televiziya aparıcısı Yevgeni Popovun proqramında isə Lvovdakı krematoriya mövzusu gündəmə gətirilib.

Müxbir Andrey Qriqoryev Qərbi Ukraynaya zərbələrin artdığını xatırladaraq bildirib:

“Lvovda hələlik istilik və işıq var. Amma Qərbi Ukraynaya zərbələr getdikcə artır. Tikilməkdə olan krematoriya da elektriksiz işləyə bilməyəcək”.

Beləliklə, Rusiya televiziyalarında Ukraynanın mülki infrastrukturunun dağıdılması yalnız hərbi təzyiq vasitəsi kimi deyil, həm də əhalinin müqavimətini qırmaq üsulu kimi təqdim olunur.

17 Noyabr 2026 Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”
17 Noyabr 2026 “Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - Yenilənib
17 Noyabr 2026 Türkiyədə polis “Sözcü TV”nin binasında əməliyyat keçirir
16 Noyabr 2026 TRAMP İRANI VURACAQMI? – ƏRDOĞAN VƏ BİN SALMANIN SON CƏHDİ
16 Noyabr 2026 Yüz minlərlə işçi üçün yeni dövr – Ərdoğan maaş və məzuniyyət qaydalarını dəyişdi
16 Noyabr 2026 ABŞ-ın üçüncü təyyarədaşıyanı Yaxın Şərqə çatdı: İrana hücum an məsələsi
16 Noyabr 2026 Təsadüfün bu qədəri! Putinin nəvəsinin atası “Zelenski” çıxdı
16 Noyabr 2026 Dünya nəhəngləri hakerlərin hədəfində: Tramp, "McDonald's" və "Burger King"in paylaşımlarına müdaxilə edildi
14 Noyabr 2026 Paşinyan Türkiyə ilə sərhədlərin açılacağı vaxtdan danışdı: “Son addıma yaxınıq”
14 Noyabr 2026 Moskvada qondarma “Artsax” təbliğatı və müharibədə ölənlərə yas
14 Noyabr 2026 Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
13 Noyabr 2026 "Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
13 Noyabr 2026 Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
13 Noyabr 2026 “Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
13 Noyabr 2026 Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
13 Noyabr 2026 Trampla Netanyahu telefonda dalaşıb?
12 Noyabr 2026 Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
12 Noyabr 2026 Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
12 Noyabr 2026 Bina çökdü: Ölən və yaralananlar var
11 Noyabr 2026 Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?

Xəbər lenti