Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən, iş günü sayılır.

17 Noyabr 2026 Türkiyə MN Azərbaycanı təbrik etdi
17 Noyabr 2026 İlham Əliyev MilIi Dirçəliş Günü münasibətilə paylaşım edib
16 Noyabr 2026 Din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcək
16 Noyabr 2026 Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
16 Noyabr 2026 Azərbaycan nümayəndələri Ermənistana gedir
16 Noyabr 2026 Bu gün parlament 2027-ci ilin büdcəsini müzakirə edəcək
13 Noyabr 2026 Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
13 Noyabr 2026 Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
12 Noyabr 2026 Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
12 Noyabr 2026 Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
12 Noyabr 2026 Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
12 Noyabr 2026 Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
11 Noyabr 2026 Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
11 Noyabr 2026 Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
11 Noyabr 2026 İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
11 Noyabr 2026 Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
10 Noyabr 2026 İlham Əliyev Ərdoğana başsağIığı verib
10 Noyabr 2026 “Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
10 Noyabr 2026 XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
09 Noyabr 2026 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Xəbər lenti