usaqlari-nezaretsiz-qoymayin

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

“Müraciətdə deyilir:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır.

Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.

Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.

Nəzərə alınmalıdır ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Eyni zamanda, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.

17 Noyabr 2026 Kirayə yolu ilə mənzil almaq istəyənlərə şad xəbər
17 Noyabr 2026 Sabah hava necə oIacaq
17 Noyabr 2026 Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
17 Noyabr 2026 Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq
17 Noyabr 2026 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
17 Noyabr 2026 Bu qəsəbə və kəndlərə su çəkiləcək - SİYAHI
17 Noyabr 2026 Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı
16 Noyabr 2026 Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir – 47 ildir beləsi görünməmişdi
16 Noyabr 2026 Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
16 Noyabr 2026 Ali Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin oğlu ilə bağlı qərar verdi - YENƏ UDUZDU
16 Noyabr 2026 SÖZÜ İLƏ ƏBƏDİYYƏT QAZANAN EL AĞSAQQALI – QƏNBƏR ŞƏMŞİROĞLUNUN DOĞUM GÜNÜNDƏ ƏZİZ XATİRƏSİNƏ EHTİRAM
16 Noyabr 2026 Beton baryerlər: Təhlükəsizlik vasitəsi, yoxsa gizli təhlükə?
16 Noyabr 2026 Doğmalarının məzarını ziyarətə gələnlər gördüklərindən ŞOK OLDULAR - VİDEO
16 Noyabr 2026 AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi
16 Noyabr 2026 Məktəblərdə payız tətili başladı
13 Noyabr 2026 ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
13 Noyabr 2026 Professor Gülnaz Dadaşova – Azərbaycan Kardiologiyasına Həsr Olunan Elmi Fəaliyyət, Görülən İşlər və Əsassız İddialara Faktlarla Cavab
13 Noyabr 2026 Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
13 Noyabr 2026 Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
13 Noyabr 2026 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi

Xəbər lenti