Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı

Azərbaycanla Ermənistanın qarşısında sülh müqaviləsi imzalamaqla bərabər anklavlar və sərhədlərin delimitasiyası məsələsinin həlli dayanır. Bəs anklavlar və sərhədlərin delimitasiyası daha uzun zaman alarsa bu, sülh prosesini ləngidə bilərmi?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, anklav və eksklav ərazilərin taleyi gələcək münasibətlərin ən həssas istiqamətlərindəndir. Bu problemlərin beynəlxalq hüquq və qarşılıqlı razılaşmalar əsasında həll olunması vacibdir: “Ancaq mən düşünmürəm ki, bu məsələlər sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə salmalıdır. Çünki delimitasiya və demarkasiya uzunmüddətli texniki-siyasi prosesdir. Hər bir sərhəd məsələsinin həllini yekun sülh sənədinin imzalanmasının mütləq ilkin şərtinə çevirmək düzgün olmazdı.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da oktyabr ayında anklavlar məsələsinin sülh müqaviləsinin imzalanmasına maneə olmadığını bildirib. Bu açıqlama göstərir ki, İrəvan da anklav məsələsinin ayrıca və daha mürəkkəb danışıqlar predmetinə çevrilə biləcəyini anlayır. Əsas məsələ odur ki, delimitasiya prosesi qarşılıqlı etimad şəraitində davam etdirilsin. Sərhədlərin müəyyənləşdirilməsi hər iki dövlətin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan öz əraziləri ilə bağlı məsələdə güzəştə getmək niyyətində deyil. Eyni zamanda, hüquqi əsaslarla və qarşılıqlı razılaşma yolu ilə sərhəd problemlərinin həlli regional sabitliyə xidmət edə bilər. Cənubi Qafqazda yeni reallıq formalaşıb. Bu reallıqda əməkdaşlıq və iqtisadi inteqrasiya qarşıdurmanı əvəz etməlidir. Ermənistan üçün də ən düzgün seçim tarixi fürsətdən istifadə edərək qonşuları ilə normal münasibətlər qurmaq, blokadadan çıxmaq və regionun iqtisadi imkanlarından yararlanmaqdır. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi davamlı sülhün hüquqi əsaslarının yaradılmasında maraqlıdır. Sülh müqaviləsini imzalamaq üçün sərhədlərin delimitasiyası və demarkasiyasının yekunaşmasını gözləmək olmaz. Azərbaycanla Gürcüstan 35 ildir müstəqilliklərini bərpa ediblər, lakin hələ də bəzi sərhəd xətti ərazilərinin delimitasiyası, demarkasiyası başa çatmayıb”.

17 Noyabr 2026 Quldurluq edib, 11 min manatı talayanlar saxlanıldı
17 Noyabr 2026 Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
17 Noyabr 2026 Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
17 Noyabr 2026 Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
16 Noyabr 2026 Azərbaycanda vəkil həbs edildi
16 Noyabr 2026 Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT
16 Noyabr 2026 Oğurluq edənlər saxlanıldı
16 Noyabr 2026 Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
14 Noyabr 2026 KMBİ-nin tələbələri şantaj edərək hədə-qorxu ilə pul tələb etdiyi üçün saxladığı şəxs haqda - Qərar verildi
14 Noyabr 2026 Füzulidə iki maşın toqquşdu - 3 ölü
13 Noyabr 2026 Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı+Video
13 Noyabr 2026 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
13 Noyabr 2026 Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
13 Noyabr 2026 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
13 Noyabr 2026 Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
12 Noyabr 2026 DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
12 Noyabr 2026 Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
12 Noyabr 2026 General Natiq Əliyevin qızı saxlanıldı
11 Noyabr 2026 Astarada mikroavtobus aşdı - Yaralananlar var
11 Noyabr 2026 Babək prospektində maşın körpüdən aşdı - Foto

Xəbər lenti