![]() |
|
Bu gün Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı tam orta məktəbdə Bilik Günü qeyd olunub.
Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür.
Bu bayram günündə biz birlikdəyik.
Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir.
Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
Son zamanlar ticarət müharibələrinin qızışması, Tramp Administrasiyasının gömrük və vergi rüsumlarının artırılması yolu ilə ABŞ-ın mövqeyini diqtə etməyə cəhd göstərməsi dünya ticarəti və iqtisadiyyatı üçün müəyyən təhdidlər yaradır. Bu təhdidlər gələcəkdə daha da dərinləşsə, qlobal iqtisadiyyatda böhranlı vəziyyətin yaranması ehtimalı artacaq.
14:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Çexiya Respublikasının sənaye və ticarət naziri Marta Novakova çıxış edərək Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak edib.