|
Dünya birjalarında neftin qiyməti bahalaşmağa davam edir.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 1,04 % bahalaşaraq 51,61 dollardan, “WTI” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 1,11 % bahalaşaraq 48,35 dollardan satılır.
Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.