Proqramların və layihələrin icrası üçün 3 parametr əsasdır: zaman, keyfiyyət, büdcə. Zaman bəllidir - 2040, keyfiyyət isə yaradılmış dəyər olaraq ciddi texniki, ekoloji və s. qiymətləndirmələr tələb edir. Buna görə də, Baş Planın yalnız büdcə tərəfinə ümumi baxış edək.

“Bunu iqtisadçı ekspert Eldəniz Əmirov Bakının Baş Planının maliyyə hissəsini müzakirə edərkən deyib. O bildirib ki, 225 səhifəlik Baş Planın yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir:

“Burada da ən “qorxulu” səhifə 207, 208 və 209-ci səhifələrdir. Çünki, burada planın icrası üçün lazım olan maliyyə vəsaitlərinin strukturu və ümumi 93 milyard 571 milyon manat vəsaitin lazım olduğu göstərilib. Bu, hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir. Müqayisə üçün deyim ki, işğaldan azad edilmiş ərazilər (İAEƏ) üçün bu il dövlət büdcəsində cəmi 3,9 milyard nəzərdə tutulur. Yəni bu plana görə təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait bütün İAEƏ-də olan iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur”.

Ekspert deyir ki, nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait lazım olacaq: “Çünki Planın özündə belə bir cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir”. İndi təsəvvür edək ki, 2040-cı ilə qədər 93,6 milyard manatlıq dəyər 20 illik ardıcıl infilyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcək. Unutmaq olmaz ki, Respublika təkcə Bakıdan ibarət deyil”.

Digər məsələnin özəl sektorla bağlı olduğunu deyən E. Əmirov planın maliyyə təminatında özəl sektorun xüsusi çəkisinə diqqət çəkib: “Burada “bərpa olunan enerji təsərrüfatları” üçün 2 milyard manat və “Ərazi inkişafı” üçün isə xərcin 65%-i olmaqla 31 milyard manat özəl sektorun öhdəsinə düşəcək. Bu isə o deməkdir ki, xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyi özəl sektorun payına düşür.

Təbii ki, bu zaman özəl sektor bu vəsaiti cibindən çıxarıb, dövlətə vermir. Bu, sadəcə biznes fəaliyyəti çərçivəsində, eləcə də, infrastrukturların yaradılması və s. proseslər zamanı xərclənəcək vəsaitdir. Buna görə, “Ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Odur ki, narahatedici məqam bu 65%-lik payda deyil. Narahatedici məqam odur ki, yerdə qalan 35%-lik xərclərin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfindən dolayı metodlarla sahibkarların çiyinlərinə yüklənməməlidir. Bu, özəl sektorda ciddi fəsadlar yarada bilər. Buna görə də, 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır”.

“Nəzarət demişkən, 225 səhifəlik bu sənəddə Planın icrasınn monitorinqinə yarım səhifədən də az yer ayrılıb. Orada da, mexanizm olaraq deyil, sadəcə ümumi cümlələr verilib. Halbuki, bütün böyük proqram və layihələrin uğurunu şərtləndirən əsas mərhələsi onun monitorinq hissəsidir. Odur ki, monitorinq mexanizminə dair ayrıca müfəssəl sənədin hazırlanmasına da ehtiyac vardır”, - deyə ekspert əlavə edib.

24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb

Xəbər lenti