|
“OPEK+”un 2019-cu ildə neft hasilatını azaldacağını demək hələ çox tezdir.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında “Lukoyl”un rəhbəri Vahid Ələkbərov deyib. Onun sözlərinə görə, indiki situasiyada neftin qiyməti kifayət qədər yüksəkdir:
“Razılaşmanın qorunub saxlanılması çox vacibdir. Bazarın monitorinqi imkanları mövcuddur. Biz “OPEK+”un fəaliyyətini dəstəkləyirik”.
Qeyd edək ki, Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclası zamanı OPEK+ ölkələrinin hasilatın azaldılmasını dəstəklədiyi açıqlanıb.