İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dəmiryol keçidlərindən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb.
Belə ki:
- dəmir yolunu keçidlərdən kənar ərazilərdən keçən piyadalar 40 manat;
- dəmir yolunu keçidlərdən kənar yerlərdən keçən nəqliyyat vasitəsi sahibləri 200 manat məbləğində cərimələnəcək.
“Yol-xeber.az” xəbər verir ki, ADY bir daha piyadalar və sürücüləri dəmiryol xəttini yalnız müəyyən olunmuş yerlərdən keçməyə, yolun boş olduğuna əmin olduqdan sonra yola davam etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən yol nişanlarını və xəbərdaredici işarələri diqqətdə saxlamağa çağırır.