|
Səudiyyə Ərəbistanı və OPEK ölkələri ABŞ-la konfliktdən qaçmaq üçün neft hasilatını səssiz şəkildə azaltmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib.
Məlumata görə, OPEK ölkələri 2016-cı ildə formalaşdırılmış göstəricilərə bağlı olduqlarını elan edəcəklər, bu isə neft hasilatının azaldılması anlamına gələcək. Belə ki, hazırda Səudiyyə Ərəbistanı bu razılaşmada nəzərdə tutulandan 1 milyon barrel çox neft hasil edir.