Bakıda yol polisinə tabe olmayan sürücü həbs olundu - VİDEO
10 gün müddətində inzibati qaydada həbs edilib

Mayın 9-da, səhər saatlarında paytaxtın Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindən başlayaraq mərkəzi küçələrində 10 NR 230 dövlət nömrə nişanlı, "VAZ" markalı avtomobilin sürücüsü kobud qayda pozuntularını edir. Yol-xeber.az xəbər verir ki, sürücünün bu hərəkətləri yol polisinin diqqətindən yayınmır.

Yol polisinin saxla əmrinə tabe olmayan sürücü 1988-ci il təvəllüdlü Nicat Qayıbov bir müddət sonra saxlanılır.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Rövşən Qayıbov polisin qanuni tələbinə tabe olmadığı üçün 10 gün müddətində inzibati qaydada həbs edilib.

 

 

Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. 

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili işləmiş Azər Qasımovun məhkəmə prosesinə hakim Faiq Qasımov sədrlik edəcək. O, dələduzluq və rüşvət verməyə təhrik etmək maddələri məhkum olunub.

Qeyd edək ki, Azər Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərlə barışığın əldə edilməsi, himayəsində azyaşlı övladlarının olması məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdə göstərilib ki, Azər Qasımov Fatimə İsmayılovanın həbsdə olan oğlu Vüqarın işini həll etməyi, onu azadlığa çıxarmağı vəd edib. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul alıb.

Məhkəmə prosesində məlum olub ki, Fatimə İsmayılovanın oğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilib. Ana oğlunun şərləndiyini və onun günahsız olduğunu deyib. Bildirib ki, oğlunu azadlığa çıxarmaq üçün Azərin dedikləri ilə razılaşıb. Hətta Azər Fatimə İsmayılovanı inandırıb ki, oğlunu şərləyənləri ifşa edəcək. Belə ki, Azər müştərisi Fatimə İsmayılovaya oğlu Vüqarın işindəki zərərçəkmiş qızın yalan danışdığını ekspertizada xüsusi cihaz vasitəsi ilə sübut etməyi də vəd verib. İsmayılova deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüblər. Bundan sonra Azər Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Məhkəmədə ifadə verən Fatimə İsmayılova deyib ki, Azər Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib: “Azər müəllim qaynımın qonşusudur. Deyirdi ki, lazım olan yerlərdə tanışları var, bizə kömək edəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım. Azər birinci dəfə Vüqar təzə həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyi dedi. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğu bildirdi. Mən onda 600 manat verdim. Sonra Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul aldı. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verdim. Sonra dedi ki, artıq istintaqı Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10 min manat vermək lazımdır. Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə getməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdı. O qədər düzəldə bilmədik, 3800 manat verdik”.

Suallara cavab verən F.İsmayılova deyib ki, bu məbləğləri banklardan götürülən kreditlərlə, qohumlarının qızıllarını girov qoymaqla lombarddan götürülən pullar hesabına düzəlib. Fatimə İsmayılovanın dediyindən məlum olub ki, Azər Qasımov onları aldatmaq, yalanlara inandırmaq üçün müxtəlif üsullardan istifadə edib. Belə ki, Azər müxtəlif dövlət orqanlarının, ekspertiza idarələrinin binalarına gedərkən özü ilə İsmayılovları da aparıb. Orada onları gözlədərək həmin idarələrə daxil olub və inandırmağa çalışıb ki, vəzifəli şəxslərlə əlaqələri var.

Qeyd edək ki, A.Qasımov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham edilir. Azər həbs edilən zaman polis kapitanı olsa da, onun əməlləri barədə DİN rəhbərliyinə məlumat verilib və o, Daxili İşlər Orqanlarından azad edilib.    /Yeni Sabah/

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi vaş verib. 

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Gənc oğlan Neftçilər metrosu yaxınlığında yerləşən körpüyə çıxaraq özünü oradan atmaq istəyib.

Telefonla danışan gənci polis xilas edə bilib. Qəfil yaxınlaşan polis əməkdaşı gənci dəmir arakəsmənin üzərindən götürərək kənara çəkib.

Həmin görüntüləri təqdim edirik:

/Yeniavaz.com/

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu polis şöbəsinə gətiriblər.  /Publika.az/

İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü
İsmayıllı rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

 Baku.Tv xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Qatilin dayısı Alim Tapdıqov Baku.Tv-yə bildirib ki, Bakıda olduğu üçün hadisədən gec xəbər tutub: 

“Evə gələndə gördüm ki, ahılların əli, ayağı bağlanıb, sifətləri tanınmaz hala salınıb. İstifadə etdiyi alət isə armatur olub. Evdən pulları, qızılları götürüb gedib. Çıxarkən isə nənəsini boğaraq öldürüb, hətta ağzındakı qızıl dişini də götürüb. Öldürməmişdən əvvəl isə onlarla söhbət edib”. 

Qeyd edək ki, qatil evdə 15 min manata yaxın pul olduğunu bilirmiş.

Hadisəni törətdikdən sonra, V.Qədirov qardaşının evinə gedib və onu öldürmək istəyib. Qardaşının qaçdığını görəndə isə onun evini yandırıb.

Daha ətraflı süjeti təqdim edirik:

Paytaxtda narkotik alveri edən şəxslər tutuldu
Nəsimi Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu Polis Şöbəsinə gətiriblər. Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3,635 qram psixotrop maddə olan metamfetamin, 10,745 qram tiryək , 5 ədəd “Metodon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda qayın yeznəsini bıçaqladı
Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə rayonun Səttar Bəhlulzadə küçəsində baş verib. 1986-cı il təvəllüdlü Əliyev Ağarza Baloğlan oğlu qaynı ilə mübahisə zamanı bıçaqlanıb. O, sağ bud və sağ qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Qubada sel körpünü uçurtdu, kəndə giriş-çıxış bağlandı
Qubanın Çayqışlaq kəndində güclü yağışın yaratdığı sel sakinlərin öz vəsaitləri hesabına tikdiyi körpünü uçurub.

Qafqazinfo xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Məlumata görə, kənd sakinləri hər mövsüm eyni problemlə üzləşirlər. Kənd çayın ətrafında yerləşdiyindən sel hər dəfə həm əkin, həm də heyvandarlıq təsərrüfatlarını yararsız hala salır.

Qeyd edək ki, kəndə giriş-çıxış yalnız bu körpü vasitəsilə mümkün olub. Körpü uçduğundan kəndə giriş-çıxış bağlanıb.

Yağışlı havada Bakıda baş verən qəzalar
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avtomobili əks yolda hərəkət edən nəqliyyat vasitəsinə çırpıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində olub və ''Təhlükəsiz Şəhər'' kameralarına düşüb.

Şəhər istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Maşın sürüşərək əks istiqamətdə hərəkətdə olan minik avtomobilinə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

İkinci ağır qəza da yağışlı havada Füzuli küçəsində baş verib. "Cip"in sürücüsü də yoldakı vəziyyəti nəzərə almadan qəfil əyləci sıxıb və yer sürüşkən olduğu üçün idarəetməni itirib. Avtomobil yoldan çıxaraq ağaca və işıq dirəyinə çırpılıb. Daha sonra parkla yol arasındakı dəmir məhəccərləri dağıdaraq yol təsərrüfatına da xeyli ziyan vurub.

Üçüncü qəza isə kənar dairəvi yolun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. Sürücü avtomobildə idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yağışlı havada qəzalar sürücülərin məsuliyyətsizliyi və yüksək sürət səbəbindən baş verir.

Qeyd edək ki, sürücülər belə havada yollarda sürət nişanlarına diqqət etməlidirlər. Çünki yağışlı-qarlı havada təhlükəsizliyi təmin etmək məqsədi ilə sürət həddi yollarda minimuma endirilir.

Azərbaycanlı həkim Türkiyədə koronavirusdan öldü
Türkiyədə koronavirusdan müalicə olunan azərbaycanlı həkim ölüb.

Oxu.az xəbər verir ki, bununla bağlı professor Toğrul İsmayıl sosial şəbəkədə məlumat paylaşıb. 

O bildirib ki, Tahir Bababəyli İstanbulda müalicə olunduğu xəstəxanaların birində vəfat edib. 

Xəbər lenti