|
Dələduzlar insanları aldatmaq üçün yeni bir üsula əl atıblar. Bəzi dələduzlar başqasının avtomobilini öz avtomobili kimi təqdim edərək ucuz qiymətə satışa çıxarırlar. Avtomobilə baxmaq üçün isə öncədən alıcılardan beh adı ilə pul alırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Son günlər bu dələduzların sayı o qədər artıb ki, elan saytların da demək olar ki, iki maşını kəskin qiymət fərqi ilə tapmaq mümkündür.
Eyni avtomobilin bir elanda qiyməti 14 min 900, digərində isə cəmi 3500 manatdır.
Başqa bir elanda yenə 2009-cu ilin avtomobili 1500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.
Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar. Adətən bu elanlarda olan maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir.
Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin dırnaqarası sahibi onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 min 800 manata satışa qoyulduğunu deyib.
Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında onun avtomobilini kimsə ucuz qiymətə satışa qoyduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.
Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.
Mütəxəssislər isə deyirlər ki, avtomobilin dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar...
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
BakuPost-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.
Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
Hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək. /Yenisabah.az/
Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas etdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.
Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub. (modern.az)
Keçmiş Baş prokuror Zakir Qaralov hazırda bir vəzifəsini icra edir.
Oxu.az məlumatına görə, o, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvüdür.
Onun bu komissiyada qalıb-qalmaması barədə qərarı Konstitusiya Məhkəməsi verə bilər.
Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Qeyd edək ki, Zakir Qaralovun Baş prokuror kimi səlahiyyət müddəti bu il aprelin 28-də başa çatıb. O, 2000-ci il aprelin 25-dən Baş prokuror vəzifəsində işləyirdi.
Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin Baş prokuror təyin edilməsinə razılıq verilib. Elə həmin tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Kamran Əliyev Baş prokuror təyin olunub.
Ədliyyə Nazirliyi xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına əsasən, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı narahatlığı olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir.
Həmçinin vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.
Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb. Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb.
Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.
Bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.
Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1735 nəfər müalicə olunaraq sağalmış, 33 nəfər vəfat etmiş, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılmışdır.
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol-xeber.az Baku.ws-ə istinadən xəbər verir ki, YPX avtomobili “Mercedes Benz ML” markalı maşınla toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun musiqi məktəblərinin direktorlarından hər ay rüşvət aldığı məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunub. DTX-nin yayımladığı videoda da R.Bayramovun işçiləri bunu etiraf edib.
Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafiq Bayramov özü də bunu etiraf edib: “Nazirliyə tabe olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.
Bundan başqa, Rafiq Bayramovun şəxsi avtomobilində də axtarış aparılaraq ona verilən pullar aşkarlanıb.
Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyindəki əməliyyatın videosunu yayıb.
Həmin videonu təqdim edirik: