Kiyevdə dörd azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

“Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır ”

 

 

Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı

Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib. 

Lakin o, əmrə tabe olmayaraq, hərəkətini davam etdirib. Polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən sürücü idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq, Rayon Polis Şöbəsinə gətirilib. Həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib.

Üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixatrop maddə metamfetamin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 

Oxu.az məlumatına görə, 7 saylı doğum evində cərrah mama-ginekoloq kimi çalışan Valiyə Peykərin COVID-19 test nəticəsi müsbət çıxıb.

Həkimlərin səyinə baxmayaraq, həkimin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün koronavirusdan ölüb.

Xızıda 150 hektar ərazi yandı

Xızı rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sitalçay kəndi yaxınlığında dağlıq ərazidə 150 hektar sahədə quru ot və kol-kos yanıb.
Digər ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.oxu.az

Ermənilər Azərbaycan restoranına belə hücum etdi
Moskvanın cənub-şərqində yerləşən Azərbaycan mətbəxli restoran bir qrup təcavüzkarın hücumuna məruz qalıb.

Hücum anı müşahidə kameralarına düşüb. Hadisə iyulun 24-də səhər saat dörd radələrində Bratislava küçəsində yerləşən "1001 gecə" restoranında baş verib. Kadrlardan görünür ki, bağlı, yalnız bir mühafizəçinin olduğu restorana ən azı yeddi nəfər soxulub. Çağırılmamış qonaqlar metal çubuqlarla stulları, qab-qacağı sındırırlar.

REN TV - nin məlumatına görə, onların "reydindən” sonra kassadan 200 min rubl pul da yoxa çıxıb.

"Obyekt sahiblərinin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədikləri məlum deyil. Bəzi məlumatlara görə, qarşıdurma iyulun 24-nə keçən gecə Marində Azərbaycandan və Ermənistandan olan insanlar arasında baş verən kütləvi davanın davamı ola bilərdi. Oradakı hadisədə polis əməkdaşları 13 nəfəri saxlamışdılar", - deyə Rusiya telekanalının məlumatında bildirilib.sfera.az

Erməni qız döyülən azərbaycanlıdan üzr istədi
“Facebook” sosial şəbəkəsində erməni istifadəçilərdən biri Belçikanın paytaxtı Brüsseldə təxribatçı ermənilər tərəfindən döyülən Rizvan Aslanovdan üzr istəyib.

Baku.ws xəbər verir ki, Lusine Yan adlı istifadəçi həmyerlilərinin azərbaycanlıya qarşı qeyri-insani rəftarını kişilikdən kənar addım kimi qiymətləndirib. 

Qeyd edək ki, həmyerlimizin bir neçə erməni radikal tərəfindən döyülməsi barədə görüntülər sosial şəbəkədə yayılmışdı.

Azərbaycanda DƏHŞƏT: qayınata kürəkənini rayona aparıb öldürdü, yandırdı, sonra...

Lerik rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Rzayev Akif Yədulla oğlu kürəkəni, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu meşə ərazisində qətlə yetirib, daha sonra yandırıb. İzi itirmək üçün isə meyiti hadisə yerində basdırıb.

İlkin məlumata görə, hadisə ötən ayın 20-də baş verib.

Bakı şəhərinin Xətai rayonunda yaşayan qayınata və kürəkən paytaxtdan birlikdə Lerikə gəliblər. Lakin A. Rzayev Bakıya tək qayıdıb.
Ailə üzvləri narahat olduqları üçün bir neçə gün sonra Ə. Nuriyevin itkin düşməsi barədə polisə məlumat veriblər.

İlkin istintaq tədbirləri əsnasında şübhəli şəxs qismində dindirilən qayınatanın ailə münaqişəsi zəminində kürəkənini aldadaraq Lerik rayonu ərazisinə gətirdiyi və Çayrud kəndi ərazisindəki meşəlikdə qətlə yetirərək basdırdığı müəyyən edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə bu gün hadisə yerinə baxış keçirilib.

Meyit eksqumasiya edilərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycanda tələbə intihar etdi

Azərbaycanda intihar hadisəsi baş verib.

Dövlət İqtisad Universitetinin tələbəsi Ramil Kazımov intihar edib.
Qeyd edək ki, mərhum sözügedən universitetin İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ermənilər yenidən Azərbaycanlılara hücum etdi
Belçikada yaşayan bir qrup erməni azərbaycanlılara hücum edib.

Bu hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlardan da göründüyü kimi ermənilər qrup halında iki həmyerlimizə hücum edib. Azğınlaşmış ermənilər gənc azərbaycanlıları vəhşicəsinə döyüb. Gənclər müxtəlif xəsarətlər alıb.

Son günlər ermənilərin azərbaycanlılara qarşı təxribatları artmaqdadır. Öz aqresiyalarını bütün dünyaya göstərən ermənilər çirkin əməllərindən çəkinmir.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən və xəsarət alan azərbaycanlıların görüntülərini oxu24.com-a istinadən təqdim edirik:

Xəbər lenti