|
Bu gün Bakı Metropoliteninin “Dərnəgül - Həzi Aslanov” xətti üzrə qatarların hərəkətində ləngimə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb: “Bu səbəbdən təlimata uyğun olaraq qatarın hərəkətinə icazə verilməyib. Təmas relslərindən yüksək gərginlik ayırılıb. Sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib”.
Metropoliten rəsmisi qeyd edib ki, T.Yusifov xəsarət almasa da, təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib: “O, özünü atdıqdan sonra iki reys arasında uzandığı üçün xəsarət almayıb. Onun bir qədər spirtli içki qəbul etdiyi də aşkarlanıb”.
B.Məmmədov bildirib ki, bu hadisə ilə əlaqədar “Elmlər Akademiyası” stansiyasında qatarın hərəkətinə mövcud intervaldan 4 dəqiqəyə qədər çox fasilə verilib:
“Bu ləngimə yalnız “Yaşıl xətt” üzrə qeydə alınıb. Hazırda qatarların hərəkətində problem yoxdur”.
2018-ci il avqustun 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.