![]() |
|
Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.
Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.
Ukraynanın Xarkov şəhərində təhsil alan 22 yaşlı iki tələbəni – Buket Yıldız və Zeynəb Hüsünbəyi qətlə yetirən Hüsnü Canın atasının məzarı üstünə qoyduğu məktubda yazdıqları məlum olub.
“Qafqazinfo” türkiyə mediasına istinadən xəbər verir ki, polisə ifadəsində keçmiş sevgilisi Buketi barışmaq təklifini qəbul etmədiyi üçün öldürdüyünü deyən Hüsnü evdəki kompüterləri cinayəti oğurluq hadisəsi kimi qələmə vermək üçün apardığını deyib.
Atasının məzarı başında tutulan cani yazdığı məktubda isə “Dünyada ədalət yoxdur. Həbs versəniz də, mən öz cəzamı hər gün çəkirəm” yazıb.