![]() |
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşmaq üzrədir.
Aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edir.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün ərazilərdə parkinq yerləri təşkil ediləcək və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən 6 küçədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə tikinti işləri davam etdirilir. Yolun məhz bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.
Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.
Hazırda layihənin ilk 7 km-lik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi də düzbucaqlı suötürücülər inşa edilir.
Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası nəzərdə tutulur. Artıq dairə olacaq hissədə dolğu işləri, ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə düzbucaqlı suötürücülərin inşası icra olunur.
Sözügedən ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi üçün işlər aparılıb, yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilir.
Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton rigellərin inşası işləri görülür. Həmçinin yolun 2-ci km-lik hissəsini əhatə edən ərazidə qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi sement məhlulunun yüksək təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Qeyd olunan hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir. Ərazidə relyef sürüşməyə meyilli olduğu üçün tunelin giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri də icra olunur. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
Bundan başqa layihə boyu ümumi uzunluğu 4 km-dən çox olan drenaj sisteminin qurulması və dağüstü küvetlərin inşası davam etdirilir.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- Regionda turizmin inkişafı.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.
Təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfüqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.
Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.
22-27 mart 2022-ci il tarixlərində təmir işləri aparılan küçə və prospektlərin
S İ Y A H I S I
1 Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);
2 Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3 Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);
4 Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5 Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
6 Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);
7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);
8 Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9 Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);
10 Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);
11 Şəhər şossesi (Zabrat yolu);
12 "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13 Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);
14 Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;
15 Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16 Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir işlərinə start verilib.
Uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.
Yenidənqurma işləri çərçivəsində küçə boyu 1600 p/metr bardyur və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1500 p/metr yeni piyada səkilərinin inşası nəzərdə tutulub.
Son mərhələdə küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq, yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
“İnvestisiya Proqramına”na əsasən daha sonra təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Hazırda Bakıxanov qəsəbəsində uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsi əsaslı şəkildə təmir edilir. Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir, mövcudları isə bərpa olunur. Səkilərin kənarlarında olan 1200 p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə əvəzlənir.
Anoloji təmir işləri qəsəbənin 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsində də aparılır. Küçənin eni ortalama 12 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələrdə növbəti mərhələlərdə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”na uyğun təmir işlərinin sonuncu mərhələsində küçələr boyu avtonəqliyyat vasitələrinin hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
“İnvestisiya Proqramına”na əsasən təmir işlərinin ardıcıllıqla Bakıxanov qəsəbəsinin Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində də aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Nəsimi rayonu ərazisində təmirə ehtiyacı olan küçələrdə müvafiq işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində hazırda ümumi uzunluğu 1161 metr olan 4 küçədə təmir işləri aparılır.
Bu, uzunluğu 360 metr, eni ortalama 9 metr təşkil edən Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, uzunluğu 286 metr, eni 10 metr olan Mərdanov qardaşları, həmçinin uzunluğu 295 metr, eni 10 metr olan Ağadadaş Qurbanov küçələridir.
Aparılan işlər çərçivəsində Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski və Mərdanov qardaşları küçələrinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.
Hazırda təmir işləri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində davam etdirilir.
Uzunluğu 295 metr, eni ortalama 10 metr təşkil edən küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyü yenilənir. Artıq işlər son mərhələ üzrə icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri icra olunub.
Təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işləri aparılıb.
Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.
Təmir-bərpa işləri 20 gün ərzində icra edilərək yekunlaşdırılıb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, ROMDAS - Dünyanın ən müasir və qabaqcıl texnologiyalarından biri olmaqla yol ölçmə məlumatlarının toplanması sistemidir.
ROMDAS bir neçə modulların birləşməsindən ibarət bir sistemdir.
Bu avadanlıqlar aşağıdakılardır:
Qeyd olunan modullardan ibarət sistem vasitəsilə bütün texniki dərəcəli atomobil yollarında, yeni və köhnə asfalt-beton örtüklərdə, dağılmış asfalt-beton örtükdə, qulluq olunmuş və dağılmış asfaltsız (5-ci texniki dərəcəli yol) yollarda ölçmə işləri aparmaq mümkündür.
Əlavə olaraq sistemdə olan modulların hər birinin ayrı-ayrılıqda iş prinsipi olsa da, bir ərazi üzrə əldə olunmuş məlumatları eyni vaxtda analiz etmək mümkündür.
Sistem vasitəsi ilə toplanan məlumatlar ofis şəraitində analiz edilir və alınan nəticələrə əsasən yolun ümumi vəziyyətinin “Beynəlxalq Nahamarlıq İndeksi”nə uyğunluğu yoxlanılır.
Analizin nəticələri yolun qiymətləndirilməsi, dövlət əhəmiyyətli avtomobil yolları şəbəkəsinin texniki baxımdan idarə edilməsi, vəziyyətin saxlanması və vəsaitin təşkil edilməsi üçün əsas götürülür. Yəni əldə edilmiş nəticələrə uyğun örtüyün keyfiyyətli olub-olmaması, yolun təmir edilməsi və ya yenidən qurulmasının vacibliyi öyrənilir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən, İbrahimpaşa Dadaşov küçəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılıb.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünü sökülüb, mövcud piyada səkiləri 1000 kv.m sahədə bərpa olunub, küçə boyu yeni səki daşları düzülüb.
Layihəyə uyğun olaraq səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 5 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 46 baxış qapağı yenisi ilə əvəz olunub.
Bundan başqa İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən içməli və tullantı su xətləri yenilənib. İşlərin operativ və qısa müddətdə yekunlaşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” ASC koordinasiyalı şəkildə fəaliyyət göstərib. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə qəza hallarının baş verməsini minimuma endirməklə asfalt-beton örtüyünün sıradan çıxmasının qarşısını alacaqdır.
Kommunikasiya xətlərinin yenilənməsindən sonra qazılmış ərazidə əks-dolğu və kipləşmə işləri aparılıb. Ardınca küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Aparılan yenidənqurma işləri çərçivəsində yol kənarları və baxımsız vəziyyətdə olan ağacların dibləri abadlaşdırılıb.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Nərimanov rayonu ərazisində 35 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...