|
Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının Bakı şəhərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə küçə və yolların təmir edilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, hazırda Nizami rayonu Bəhruz Nuriyev küçəsinin Elşən Süleymanov küçəsindən Qarav Qarayev prospektinə qədər olan hissəsində təmir işləri icra olunur.
Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 900 metrə qədər təşkil edir ki, hazırda burada təmir işləri son mərhələdə aparılır.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Qeyd edək ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğui 6 km təşkil edən küçə və yol təmir edilir.
YOLUNUZ AÇIQ OLSUN...
0
İşğaldan azad edilmiş ərazilərdə çəkiləcək yolların istiqamətlərinə baxdıqda hədəfi anlamaq mümkündür.
- Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı);
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı);
- Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı);
- Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı);
- Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı);
- Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı);
- Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı);
- Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı);
- Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı);
- Füzulidən Şuşaya - Zəfər yolu (102 km);
İnfrastruktur tamamlandıqdan sonra:
1. Separatçıların olduğu ərazilər dörd tərəfdən – şimaldan, cənubdan, şərqdən və qərbdən əhatə olunur və separatçılar mühasirəyə düşür;
2. Yolların əksəriyyəti Laçın və Şuşaya çıxır: bu, separatçılarla Ermənistanın əlaqə qura biləcəyi bölgədə güclənmək deməkdir;
Yolların 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Niyə 2024-cü il? Bu tarix təsadüfi deyil.
2025-ci ildə Rusiya sülhməramlılarının bölgədə qalma müddəti başa çatır və 10 noyabr razılaşmasına əsasən müddətin başa çatmasına 6 ay qalmış tərəflərdən biri istəmədiyi halda kontingent çıxarılmalıdır. Bu o deməkdir ki:
Birincisi, Azərbaycan rus sülhməramlılarının bölgədə olduğu müddətdə diplomatik yollarla istəyinə nail olmaq xəttini tutacaq;
İkincisi, bu müddətdə lazımi nəticələr əldə edilməsə, genişmiqyaslı anti-terror əməliyyatı ön planda olacaq: inşa olunacaq yollar hərbi qüvvələrin və texnikanın dislokasiya imkanlarını genişləndirir və bu, məhz sülhməramlı missiyanın müddətinin başa çatmasından öncə - 2024-cü ilə qədər hazırlanır;
Bakı hazırda diplomatik cəbhədə döyüşür, paralel olaraq, hərbi cəbhədə atıla biləcək addımları hazırlayır və bu yollar mümkün risklərə qarşı alternativ planın tətbiqi üçün infrastrukturun tam hazır vəziyyətə gətirilməsi baxımından əhəmiyyətlidir.
Yol-xeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə də respublika üzrə müxtəlif yol infrastrukturu layihələri həyata keçirlir ki, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.
Bu çərçivədə artıq bir çox avtomobil yollarında yenidənqurma və tikinti işləri aparılır. Onlardan biri respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı km-dən ayrılan və Padar kəndinə gedən avtomobil yoludur.
Sözügedən yol uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.
Padar yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Belə ki, tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılır.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, Qədim İpək yolu üzərində yerləşən respublikamızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların bu sahədə imkanları artır.
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 5 dəfəyə qədər artaraq 900 km-i keçib.
Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.
Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.
Yol boyu yeni torpaq yatağının tikintisi aparılaraq yekunlaşdırılır. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 83 yeraltı keçid, 43 düzbucaqlı su keçidi, 575 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.
Ümumilikdə isə yol boyu işlərin fiziki tərəqqisi 70% təşkil edir. Tikinti işlərinin növbəti il ərzində yekunlaşdırılması planlaşdırılır.
Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunub.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kv.m təşkil edib.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonunda uzunluğu 2.9 km olan Süleyman Bağırov və uzunluğu 1.1 km təşkil edən Gənclik küçələrində də təmir işləri aparılıb.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, Vətəndaşların təhlükəsizliyini qorumaq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq bu çərçivədə müxtəlif layihələr icra olunur.
Belə ki, ölkə başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən agentliyin sifarişi əsasında işlər icra olunur.
Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası davam etdirilir. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.
Hazırda tikinti ərazisində torpaq işləri davam etdirilir, yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Ərazidə artıq 154 svay vurulub və yeni inşa edilən tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarıısnda isə müvafiq olaraq işlər davam etdirilir.
Qeyd edək ki, əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçıların rahat və təhlükəsizliyini təmin etmirdi. Köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi, piyadalar üçün səkilər mövcud deyildi. Bu üzdən piyadalar dəmir yolu xətlərinin üzərindən keçməyə məcbur edilər. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə biləcək. Yeni inşa ediləcək piyada səkiləri vasitəsi ilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən öz yollarına davam edə biləcəklər.
Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Belə ki, Sərəncama əsasən Şamaxı şəhərində ümumi uzunluğu 96.5 km, sahəsi 621 min 615 m2 olan 126 adda prospekt və küçələrin təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə ümumi uzunluğu 12.3 km olan 20 adda prospekt və küçədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılır.
Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120-ci km-də Bakı şəhəri istiqamətindən Şamaxı şəhərinə və yolun 123-cü km-də Ağsu istiqamətindən Şamaxı şəhərinə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılır.
Sözügedən layihəyə uyğun olaraq, Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin 123-cü km-də yerləşən dairəyə daxil olmadan Bakı şəhəri istiqamətində rahat və maneəsiz hərəkətinin təmin olunması məqsədi ilə əlavə hərəkət zolağının tikintisi də icra olunur.
Qeyd edək ki, hər iki yol qovşağı arasında uzunluğu 3.1 km olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə nəzərdə tutulur.
Şamaxı rayonunda avtomobil yollarının təmiri və saxlanılması istiqamətində yerli əhəmiyyətli Şamaxı-Çuxuryurd-Zarat-Xeybəri avtomobil yolunun Şamaxı-Əngəxaran hissəsində 3450 metr və Çuxuryurd yaşayış məntəqəsinin daxilindən keçən hissəsində 2300 metr məsafədə yolun asfalt-beton örtüyünün aşınma layı da kompleks tədbirlər çərçivəsində yenidən tikilib.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, Lazer profiler yol örtüyünü tədqiq edən bir sistemdir. Bu sistem yer səthinin bir sıra keyfiyyətlərini ölçə bilir:
Yol səthinin profil ölçülərini eninə vəziyyət (təkər izinin dərinliyi) və uzununa vəziyyət (nahamarlıq/BNİ) üzrə qiymətlər təşkil edir. Maillik, əyrilik, istiqamət və eninə maillik haqqında məlumatlar yol profilinin ölçülməsi ilə toplanılır. Profilometr bir yolun səth strukturunu və sürtünmə əmsalı ilə necə əlaqəli olduğunu və beləliklə sürüşməyə qarşı müqavimətini ölçmək üçündür.
Bu qiymətlər dövlət əhəmiyyətli avtomobil yolları şəbəkəsinin mərkəzi xəttinin texniki baxımdan idarə edilməsi, vəziyyətin saxlanması və vəsaitin təşkil edilməsi üçün özül yaradır.
İstiqamət - dərəcələr ilə yolun hərəkət istiqamətini göstərən qiymətdir.
Əyrinin radiusu - yolun əyrilərində radiusu metrlər ilə göstərən qiymətdir.
Maillik - eniş və ya yoxuşda faizlər ilə yolun şaquli oxunu göstərir.
Yol örtüyünün nahamarlığı - yol örtüyünün hamarlığını əks etdirir. Bu, hərəkət komfortu kimi hiss olunur.
Təkərin dərinliyi - millimetr ölçüdə maşınların təkər izləri ilə yol səthində dağılmanı göstərir.
DEFLEKTOMETR
Düşən çəki deflektometri (FWD) inşaat mühəndisləri tərəfindən magistral yollarda, yerli yollarda, hava limanının yol örtüklərində, liman sahələrində, dəmir yol xətlərində və digər yerlərdə yol örtüyünün fiziki xüsusiyyətlərini qiymətləndirmək üçün istifadə olunan bir test cihazıdır. Düşən çəki deklofometrindən (FWD) alınan məlumatlar, ilk növbədə, yol geyiminin/örtüyünün struktur gücünü qiymətləndirmək, örtük dizaynını asanlaşdırmaq və ya yolun həddindən artıq yükləndiyini müəyyən etmək üçün istifadə olunur.
0
Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması artıq yekunlaşmaq üzrədir.
4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı yuyulmuş, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlmişdir. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı.
Bu üzdən tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb. Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton borular quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılır.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Tərtib olunmuş qrafikə uyğun olaraq görülən işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Texnoloji ardıcıllığa uyğun şəkildə və birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri ilə təbii ki, yol boyu vətəndaşların rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 14.2 km təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Bu çərçivədə rayon üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələrində aparılıb.
Uzunluğu 2.8 km təşkil edən Nəsrəddin Tusi küçəsi və Əliağa Şıxlinski küçəsinin 1.8 km-lik hissəsi uzun müddət təmir olunmadan istismar olunurdu. Bu üzdən hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Görülən təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Cari ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Xətai rayonu üzrə daha öncə təmirə ehtiyacı olan 2.1 km uzunluğa malik Kazımağa Kərimov və 2.8 km-lik Abbas Fətullayev küçələrində, həmçinin 0.7 km-lik Zavod küçəsi üzrə yollarda da anoloji təmir işləri icra olunub. 4 km uzunluğa malik Admiral Naximov küçəsinin yan yollarında isə təmir işlərinin aparılması nəzərdə tutulur.
Ümumiyyətlə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41.5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.
YOLUNUZ AÇIQ OLSUN...