elgun-hemin-binadan-yixilibmis

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, birgə məlumatda deyilir:

“Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam etdirilir.

Mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.

Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.

Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.

Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.

Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.

Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur.

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

30 May 2025 Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu - Yenilənib
29 May 2025 Elgün yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış
29 May 2025 Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
29 May 2025 MN məlumat yaydı: Bu, Ermənistanın dezinformasiyasıdır
29 May 2025 Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!
29 May 2025 Bakıda marketin qarşısında 2 nəfəri cərəyan vurub öldürdü - Foto
29 May 2025 Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş
28 May 2025 Araz Musayevin Türkiyədə bıçaqlanmasının - Təfərrüatı + Yenilənib
27 May 2025 Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
27 May 2025 Azərbaycanlılar Türkiyədə qəzaya düşdü, ölən və yaralananlar var - FOTO
27 May 2025 Azərbaycanda nazirlik əməkdaşı HƏBS OLUNDU
27 May 2025 Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı - Fotolar
27 May 2025 Arvadını qucaqlayan müəllimi baltaladı - Dəhşətli cinayətin TƏFƏRRÜATI
26 May 2025 Sabunçu Tibb Mərkəzində faciə: xəstə 3-cü mərtəbədən yıxıldı
26 May 2025 Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov Bakıda – DTX-dən əməliyyat - FOTO
24 May 2025 Oğurluqlar davam edir - 20 manatdan 1200-ə qədər
23 May 2025 AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama
23 May 2025 Yaşlı kişi bir addım da atsaydı... - Videosu
23 May 2025 Bu mesajlara cavab verməyin!
22 May 2025 Döyüş sınağından çıxmayan silahlar - Ermənistan dərs götürəcəkmi?

Xəbər lenti