İlon Mask vəzifəsindən istefa verdi - Səbəbi isə...

Milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask prezident administrasiyasını tərk edir və Donald Trampa təşəkkür edib.

İlon Mask istefası ilə bağlı X (twitter) səhifəsində yazıb.

"Xüsusi dövlət işçisi kimi müddətim başa çatır. Mənə israfçı xərcləri azaltmaq imkanı verdiyi üçün prezident Donald Trampa təşəkkür etmək istəyirəm", - o, X-də şərh edib.

Maskın Tramp komandasından istefasına səbəb isə daxili xərclər haqqında yeni qanun layihəsi olub. Qeyd edək ki,
Mask CBS-yə müsahibəsində adıçəkilən qanunun qəbulunun federal büdcə kəsirini artıracağından məyus olduğunu bildirib.
“Açığı, kəsiri azaltmaq əvəzinə artıran və DOGE komandasının gördüyü işlərə xələl gətirən nəhəng xərc qanun layihəsini görmək məni məyus etdi”, - Mask qeyd edib.

Trampın müttəfiqi və Ağ Evdə yüksək vəzifəli şəxs olan Mask da tarif siyasətinə görə prezidentdən uzaqlaşıb.

O da bildirilir ki, Tramp Maskı xüsusi dövlət qulluqçusu təyin etdiyindən o, ancaq ilin 130 günü dövlət üçün işləyə bilərdi. O, yanvarın 20-də Trampın inaqurasiyasından sonra vəzifəyə başlayıb, ona görə də onun səlahiyyət müddəti mayın sonunda başa çatır.

Ağ Ev Tesla və SpaceX-in qurucusunu hökumət işindən uzaqlaşdırmaq üçün rəsmi prosesə başlayıb.

“Reuters” xəbər verir ki, Maskın getdiyini elan etməzdən əvvəl Trampla söhbəti olmayıb.

30 May 2025 Tramp onları əfv etdi
30 May 2025 “Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
30 May 2025 Rusiyanı Ukraynanın işğalına “məcbur edən” gizli qüvvə – İnanılmaz
29 May 2025 Afrika qitəsi parçalanmağa başlayıb
29 May 2025 Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı "sonun başlanğıcı"na yaxınlaşdırır
28 May 2025 Ərdoğan Laçına yola düşdü
28 May 2025 Ərdoğan məhkəməni uddu - 70 min təzminat alacaq
28 May 2025 Venesueladan ABŞ-yə cavab gecikmədi
28 May 2025 Marko Rubio Azərbaycan xalqını təbrik etdi
27 May 2025 İrəvandan növbəti hiyləgərlik - “konstitusiyanı dəyişir” və...
26 May 2025 Arvadı Makronu şillələdi - Video
26 May 2025 Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib
26 May 2025 Trampdan Zelenskiyə: Ağzından çıxan hər şey problem yaradır, sussa yaxşıdır
26 May 2025 Paşinyan Ermənistan Konstitusiyasını dəyişdirir
26 May 2025 Tramp: Putin ağlını itirib
26 May 2025 Kremlin qonşu ölkələrə hücum ssenarisi: SSRI-nin bərpa planı "Rusiyanın dağılma layihəsi"nə çevriləcək
24 May 2025 Trampdan Türkiyədəki səfirlə bağlı qərar
24 May 2025 Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
23 May 2025 Aİ Macarıstanı cəzalandırmağa hazırlaşır – 7-ci maddə işə düşdü
23 May 2025 Rusiya Vatikanı istəmir: Ukrayna danışıqlarına qarşı çıxış – Şok Detallar

Xəbər lenti