Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır

"Pakistan Prezidentinin Laçına səfəri dünyada böyük maraq oyadıb".

Bu sözləri beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib. Şahbaz Şərifin bir nüvə dövlətinin rəhbəri olan və Laçın aeroportuna enən ilk xarici lider olduğunu xatırladan ekspert bir sıra nüanslara diqqət çəkib:

“Hindistan mediası iddia edir ki, bu görüş çərçivəsində Azərbaycan və Pakistan böyük hərbi müqavilə bağlamaq üçün razılıq əldə ediblər. Söhbət inkişaf etmiş 50 ədəd qırıcıdan gedir. Hansi ki bu günlərdə Hindistana qarşı müharibədə hava hakimiyyəti Pakistana keçdi.

Pakistan, Türkiyə və Azərbaycan ticarət və müdafiə əlaqələrini gücləndirmək barədə razılığa gəliblər.

Ərdoğan Şahbazı (Şərif) əsl qardaşı adlandırıb.

İlham Əliyev Pakistana 2 milyard dollarlıq sərmayə qoyulacağını elan edib və 2020-ci il müharibəsində göstərdiyi dəstəyə görə Pakistan xalqına təşəkkürünü bildirib”.

Ə.Əlibəyli adı çəkilən 3 ölkənin ittifaq məsələsinə də toxunub:

“Ture İnsider” iddia edir ki, Laçında ölkə rəhbərinin yaxın vaxtlarda üçtərəfli hərbi ittifaq qurulması barədə razılığa gəlmələri halı baş verib. Üçlü hərbi ittifaq çox iddialı səslənir.
Laçın görüşü üçlü əməkdaşlığın qalibiyyət bəhrəsi kimi elan edilir və yola da artıq bu zəfərlə çıxılır.

Ərdoğan bildirib ki, artıq “bir millət üç dövlət” demək vaxtıdır.

Anlaşmalar gərəyi “Qarabağdan Kəşmirə qədər səmalar bizimdir” prinsipi işə düşüb. 28 may günü baş verənlərin mahiyyəti bir ölkə üçün ayrıca bir mərhələ təşkil edir”.

Ekspert üçtərəfli ittifaqın dövlətləri öz regionunda daha da gücləndirəcəyini söyləyib:

“Bəllidir ki, Pakistan 20 milyard dollar dəyərində xarici borcu bu il ödəməlidir. Azərbaycan isə bu ölkəyə investisiya qoymaqla dar günündə dəstək olacaq. Əvəzində isə hərbi müdafiə sənayesi daha da modernləşməlidir.

Maraqlıdır ki, Pakistanın Azərbaycan-Türkiyə ittifaqına inteqrasiyası Banqladeşi həyəcanlandırıb və rəsmi olaraq bizim ansambla qoşulmağa müraciət etmək istəyirlər.

Pakistan Baş nazirinin Qarabağa səfərinin alternativi kimi Azərbaycan bu ölkəyə ayırdığı 2 milyard dollarlıq kreditlə Cənubi Asiyada güclənməyə ilkin bir addım atdı. Bu əlaqələr Azərbaycanı Qafqazda, Pakistanı isə Güney Asiyada gücünü daha da artıracaq.

Hindistana dair bir mənbə blef yazaraq açıqladı ki, Ermənistana 4 milyard dollar yardım edəcəklər. Hindistan dərhal açıqladı ki, sabah Pəncab, Qucarat və Racastanda hərbi təlimlərə başlayacaq”.

30 May 2025 ABŞ nümayəndə heyəti Azərbaycanda səfərdədir
30 May 2025 ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır
29 May 2025 Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 16-dan 40-a yüksəldib – “Arab News”
29 May 2025 İlham Əliyev Trampın məktubunu yüksək qiymətləndirib
29 May 2025 Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - Fotolar
29 May 2025 Laçında Prezidenti kövrəldən ifa - Video
29 May 2025 İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
28 May 2025 Laçında bayram ab-havası... - Video + Fotolar
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Yenilənir
28 May 2025 Ərdoğanın təyyarəsi Laçın aeroportuna eniş etdi - Video
28 May 2025 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
28 May 2025 Azərbaycanda Müstəqillik Günüdür
27 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - Fotolar+Video
27 May 2025 Bu da Laçın kanatı - Fotolar+Video
27 May 2025 Laçın aeroportunda qarşılanan ilk ali qonaq o oldu - Fotolar
27 May 2025 İlham Əliyev uşaqlarla bir arada - Fotolar
27 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
27 May 2025 Prezidentə təbriklər gəlməkdə davam edir
27 May 2025 Prezident İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
27 May 2025 Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub

Xəbər lenti