Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 26 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb.

 

Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun( 6 m hərəkət hissə, 2x2 m çiyin hissələr)  yenidən qurulub.

 

Tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılıb,  qazılmış hissələrinin doldurulub,  yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb. Bunun üçün müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Bunun ardınca 200 min kv.m sahəni əhatə edən 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layı tikilib.

 

Bundan başqa tikinti norma və standartlarına uyğun olaraq, iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Asfaltlanma işləri yolun 170 min kv.m-dən çox sahəsini əhatə edib.

 

Marşrut boyu 6 yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton boru quraşdırılıb.

 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.

 

Qeyd edək ki, uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Xəbər lenti