Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Dəmir Yolları” QSC “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Yol-xeber.az" xəbər verir ki,  Fərmanda məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.
Bu, cənab Prezidentin ADY-yə böyük etimadının göstəricisidir. ADY kollektivi olaraq bütün gücümüzlə bu etimadı doğrultmağa, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çalışacağıq!

Xəbər lenti