“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib
“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.

Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub. 

Xəbər lenti