![]() |
|
İrəvan və Bakı arasında sülh müqaviləsi noyabrın birinci ongünlüyündə Brüsseldə imzalanacaq. Azərbaycan və Ermənistana oktyabr ayının sonuna qədər sənədlərdəki dəyişikləri etmək tövsiyə olunub.
Axar.az xəbər verir ki, bu barədə İrəvan hakimiyyətində olan mənbələrə istinadən Ermənistanın “Past” qazeti yazıb.
Məlumata görə, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana son səfəri zamanı Ermənistan tərəfinə sülh müqaviləsinin mətninin yekun variantını oktyabrın sonunda yekunlaşdıracağını qeyd edib.
Qəzet qeyd edir ki, Moskva artıq müqavilənin Brüsseldə imzalanmasına razılıq verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-nə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, sosial şəbəkələrdə yayılan videoların araşdırılması ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən hələ bir müddət öncə hərtərəfli araşdırmanın başlanılması ilə bağlı bəyanat verilmişdi: "Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılmışdı. O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər? Günü bugün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər? Böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb".
L.Abdullayeva bildirib ki, Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər: "Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir".
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri və eləcə də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq. Ötən ay Ermənistan tərəfinin bir sıra qlobal media qurumlarında feyk təbliğatı kontekstində Azərbaycanın regional proseslərdə mövqeyinin bir daha təqdimi vacib idi. Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Serbiya Prezidenti Aleksandr Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin olduğunu deməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi qiymət idi:
"Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhvəsini bir daha təsdiq edir.
IGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşdı. Bu daxili şəbəkə vasitəsi ilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Bununla da, Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə vermiş olacaq".
"Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsiziliyinin formalaşmasına töhvəsi genişlənməkdədir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracıtımız 50%-dən çox artıb və illik nəqlin 11,5 milyard kub metrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir.
İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin daha sonra 1,5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi", - deyə V. Bayramov əlavə edib.
Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yol-xeber.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Həsənov Tərlan Əliheydər oğlu
Rəcəbli Əhməddin İzət oğlu
“Tərəqqi” medalı ilə
Kələntərov Ceyhun Musa oğlu.
Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:
Məmmədli Elnur Çingiz oğlu
Qarayeva Sevda Qiyas qızı.
Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Sərəncamda 2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ilinin tamam olduğu qeyd olunub.
Bildirilib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir.
Vurğulanıb ki, ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.
Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olub.
Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Yol-xeber.az sərəncamın mətnini təqdim edir:
1. 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:
Abasova Aysel Faiq qızı
Abbaslı Qüdrət Ayaz oğlu
Abdulhəlimova Fidan Fuad qızı
Abuşova Xədicə Vüqar qızı
Ağayeva Leyla Aslan qızı
Aslanov Arif Mir Abbas oğlu
Babaşov Məhəmməd Şəfayət oğlu
Babayev Elnar Elnur oğlu
Bağırov Yunsur Nofəl oğlu
Baxşəliyeva Nərgiz Elçin qızı
Behputov Elnur Elxan oğlu
Bünyadov İslam Elnur oğlu
Camaləddinli Cəmil Mürşüd oğlu
Cavadov Ayxan Rövşən oğlu
Cəfərova Fidan Qulu qızı
Dəmirli Ayan Vüqar qızı
Dünyamalıyeva Nuray Elnur qızı
Eynullazadə Leyla Sahil qızı
Eyvazova Aydan Tariyel qızı
Əhmədov İlkin Hikmət oğlu
Əhmədov Vaqif Tehran oğlu
Əkbərbəyov Əliəkbər Firuz oğlu
Əlili Banu Səyavuş qızı
Əli-Pur Selcan Zaur qızı
Əlizadə İsmayıl Ceyhun oğlu
Əlizadə Nigar Ədalət qızı
Əsgərov Murad Zöhrab oğlu
Fərhadlı Gözəl Rəfayıl qızı
Fərzaliyeva Nərmin Vahid qızı
Fətəliyeva Sara Mehman qızı
Fətizadə Ləman Mehdi qızı
Hacılı Rəfiqə Natiq qızı
Heydərov İsa Mehman oğlu
Həbibli Məcid Cəfər oğlu
Həsənquliyeva Nübar Novruz qızı
Həsənova Aytac Azər qızı
Humaylı Xalidə Nizami qızı
Hümmətova Məsər Hafis qızı
Hüseynzadə Rəhman Şahin oğlu
Hüseynzadə Şəhanə Şahin qızı
İbrahimli Sənan Ədalət oğlu
İbrahimov Safəddin Xalid oğlu
İbrahimova Turanə Həmzə qızı
İskəndər Murad Nazim oğlu
İskəndərli Tükəzban Hüseyn qızı
İsmayılov Elmir Elnur oğlu
Kazımlı Yusif Qurban oğlu
Qafarlı Mirəli Əhliman oğlu
Qafarzadə Vəfa Araz qızı
Qəribov Taley Fəxrəddinoviç
Qismətli Fidan Vüqar qızı
Qocayev Şah-İsmayıl Bəhruz oğlu
Quliyev Elmir Elnur oğlu
Quliyev Fərid Mübariz oğlu
Quluzadə Əkbər Camal oğlu
Qurbanov Fuad Polad oğlu
Mahmudova Solmaz Mahir qızı
Mamedova Fədayə Cabir qızı
Mehdiyeva Turac Çingiz qızı
Mehdiyeva Zeynəb Səbuhi qızı
Mehdizadə Sadıq Ramil oğlu
Məcidov Həmid Əzizağa oğlu
Məlikov Ziya Xəyal oğlu
Məlikova Nəzrin Emin qızı
Məmiyev Fuad Məhəmməd oğlu
Məmməd Esmanur Elsevər qızı
Məmmədli Anar Mübariz oğlu
Məmmədli Leyla Yaşar qızı
Məmmədov Çingiz Səyyaf oğlu
Məmmədov Natiq Nabir oğlu
Məmmədov Ümman Maroz oğlu
Məmmədzadə Nurtac Mətləb qızı
Müseyibzadə Emil Hafiz oğlu
Namazlı Aytən Nazim qızı
Namazova Həyat İsmayıl qızı
Nəbiyev Əli Siyavuş oğlu
Nəsrullayev Akşin Zahir oğlu
Nurəddinli Tural Vüsal oğlu
Nuriyev Ömər Sənan oğlu
Orucov Nəcməddin Nəsimi oğlu
Paşayev Urfan Taleh oğlu
Rəcəbov Nurlan Bəylər oğlu
Rəfibəyli Fidan İbad qızı
Rəhimli Nəzrin Rahim qızı
Rəsulov Kənan Asiman oğlu
Rüstəmova Sevinc Bəylər qızı
Sadıxova Ləman Səbuhi qızı
Sadıqlı Nərmin Arif qızı
Sadıqova Həmidə Cəmşid qızı
Sadıqova Nəzrin Cəmşid qızı
Sarıyev Rişad Aqil oğlu
Süleymanov Elmir Mürşüd oğlu
Süleymanova Jalə Qüdrət qızı
Süleymanova Şəhla Orxan qızı
Şükürov Cahangir Zaur oğlu
Vəlikişiyeva Nigar Adil qızı
Vəliyeva Nərmin Məhərrəm qızı
Yusibov Şəhriyar Səfa oğlu
Yusifov Muraz İmran oğlu
Zeynallı Xaqani Nizami oğlu
Zeynalov İbrahim Azər oğlu
Zeynalov Şamil Pərviz oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir. Texniki uçuş sınaqları həyata keçirilir:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı üçün səfəri isə iki həftə ərzində gözlənilir”.
Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatılan Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı çıxışlar diqqət çəkib.
Tədbirdə iştirak edən Avropa dövlətlərinin başçıları açılışda İlham Əliyevi ali qonaq kimi dəyərləndirib və Avropada yüksək nüfuza malik olduğunu deyiblər.
Tədbirdə çıxış edən qonaqlar Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqlinə dair layihəyə görə minnətdar olduqlarını ifadə ediblər. Real TV-yə istinadən həmin çıxışlardan bir neçəsini təqdim edirik.
Avropa Komisiyasının sədri Ursola Fonderlyaen: “Birinci addım Rusiya qazına alternativ mənbələrin axtarılması oldu. Prezident Əliyevi bu il iyulda ziyarət etdim. Çətin anlarda ABŞ, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi”.
Serbiya Prezidenti Aleksandr Vuçiç: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.
Şimali Makedoniya Prezidenti Stevo Pendarovski: “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.
Bolqarıstan Prezidenti Rumen Radev: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.