Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

"Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.

Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.

Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu ötən onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.

Hazırda qarşılıqlı faydalı tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. İnanıram ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

Prezident İlham Əliyev Koreya Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf etmiş, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşmişdir.

Koreya şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak edirlər. Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm”.

“Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib”.

Qafqazinfo xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb.
“Bunlar araşdırılmalı və əsl günahkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var” - Klaar əlavə edib.

Xəbər verdiyimiz kimi, oktyabrın 2-si Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Qafqazinfo məlumatına görə, görüş zamanı delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövründə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyev ötən ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Elə həmin günü Prezidentin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Artıq bu ilin yanvar ayından etibarən Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatı bərpa edilib.

Bu ilin martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar. Daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Elə həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

Daha sonra Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.

Oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

Yol-xeber.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb. 

 

"Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir".

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir: “Qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək”.

"Siyasi əlaqələrə gəldikdə, təkcə bizim təmaslarımızı qeyd etmək kifayətdir, eyni zamanda, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Mənim səfərim, əlbəttə, bir az gecikib, amma buna səbəb COVID-dir. Mən COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir”, - deyə dövlət başçısı qeyd edib.

Oktyabrın 2-də Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş keçiriləcək.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Görüşdə iki ölkə arasında gərginliyin aradan qaldırılıb, sülh danışıqları istiqamətində müzakirələr aparılacaq.

Azərbaycan Respublikası Prokurorluğunun altı əməkdaşına ali xüsusi rütbələr verilib.

"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, 1 oktyabr - Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.

Xəbər lenti