Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll variantları qəbuledilməzdir.

 

Musavat.com-un verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Armen Sərksiyan İrəvanda “Demokratiya, təhlükəsizlik və xarici siyasət” mövzusunda keçirilən üçüncü gənclər forumunda çıxışı zamanı bildirib.

“İstənilən hərbi həll yolu hamı üçün – “Arsax” (işğal altındakı Dağlıq Qarabağ – red.), Ermənistan və Azərbaycan üçün fəlakətli olacaq. Ona görə ki, müharibə dağıdıcı olacaq”, - deyə o qeyd edib.

Erməni prezidentin sözlərinə görə, müharibənin nəticələri bütövlükdə region üçün fəlakətli olacaq və buna şübhə etməyə dəyməz. Ona görə də onun fikrincə, yeganə məqbul yol sülh danışıqlarıdır.

Sərksiyan çıxışında daha sonra separatçı rejimin vaxtilə danışıqlar masası arxasında olmasını yada salaraq deyib: “Lakin ondan sonra Ermənistanın iki prezidenti təkcə Ermənistanın deyil, Dağlıq Qarabağın da mövqeyini ifadə elədilər. Bu gün baş nazir danışıq aparandır, baş nazir və xarici işlər naziri danışıqlar siyasətini formalaşdırır. Bununla belə mən öz çoxillik təcrübəmdən istifadə edib danışıqlar prosesinə kömək edə bilərəm”.

Xatırladaq ki, az öncə İrəvan KİV-ləri yazmışdı ki, Prezident İlham Əliyev və Armen Sərkisyan keçmişdə eyni bir məkanda istirahət edərkən ünsiyyət saxlamaq imkanında olublar.

“İstisna eləmək olmaz ki, Əliyev yəqin ki, Rusiyaya anladıb ki, Armen Sərksiyanla danışıq aparmağa hazırdır – nəyə qarşı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də yəqin ki, etiraz etməyəcəklər”, – deyə KİV-lər A. Sərkisyanın 2001-2013-cü illərdə Azərbaycanla sıx əlaqələrə malik BP beynəlxalq şirkətinin məsləhətçisi işləməsini nəzərə alaraq, öz mənbələrinə istinadən yazmışdı.

Ancaq indi belə qənaət hasil olur ki, Armen Sərkisyan Qarabağ danışıqlarında başını “ağrıtmaq” istəmir.

16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar
16 Aprel 2025 Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
15 Aprel 2025 Paşinyan erkən seçkilərə getmək zorunda - Bakıdan tək çağırış
15 Aprel 2025 Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib
15 Aprel 2025 XİN: Fransanın ikiüzlü siyasəti regionda davamlı sülh perspektivlərinə mane olur
15 Aprel 2025 Akademik Zərifə Əliyevanın anım günüdür
14 Aprel 2025 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
14 Aprel 2025 İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 Aprel 2025 Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı
14 Aprel 2025 Ermənistan ordusu geri çəkilir: "Həmin ərazilər Azərbaycana təhvil veriləcək"
14 Aprel 2025 Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilib
12 Aprel 2025 XİN rəhbəri: Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb
12 Aprel 2025 Prezidentin nəvələri Ərdoğanla - Foto
12 Aprel 2025 "Qır-saqqız"a çevrilən Brüssel və getdikcə uzaqlaşan Bakı
11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi

Xəbər lenti