İrəvan müharibə üçün “sənədlər toplusu” hazırlayır - NƏ BAŞ VERİR?Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu önə çıxır. Tərəflər bəyan edirlər ki, yeni müharibəni mümkünsüz edəcək addımlar atılmalıdır. Əgər Ermənistanda bu məqsədlə zaminlər institutunun yaradılması təklif olunursa, Azərbaycanda Ermənistanın hüquqi bazasındakı mövcud problemlərə işarə edilir.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analizində qeyd olunub.

Təhlildə bildirilib ki, İran XİN rəhbərinin Ermənistana səfərindən sonra Paşinyan hökuməti artıq sülh müqaviləsinin zəmanətçiləri haqqında çox danışmır, çünki bu mövzunun davam etməsi İran və Rusiyada aktivliyə gətirib çıxarır:

“Sununcular bu mexanizmdə danışıqlar formatına müdaxilə imkanı görürlər. Digər tərəfdən, Ermənistan artıq İrandan, AB-dən, Fransadan, müəyyən qədər də ABŞ-dan təhlükəsizlik zəmanəti alıb. Rusiya isə hələ də Ermənistanın faktiki müttəfiqidir. Belə şəraitdə qarant məsələsi Ermənistanın himayədarları arasında vəziyyəti daha da gərginləşdirə bilər.

Azərbaycan üçün zəmanətlər Ermənistanda Qarabağa dair fərqli dövrlərdə qəbul edilmiş müxtəlif sənədlərlə bağlıdır: Ermənistanın Müstəqillik Bəyannaməsi, Konstitusiyada ona istinad, Almatı Bəyannaməsinə edilən düzəlişlər, Ermənistan Ali Şurasının 8 iyul 1992-ci il tarixli qərarı, Ermənistanın daimi nümayəndəsinin BMT katibinə məktubları, beynəlxalq məhkəmələrdə iddialar… Bu sənədlərdən bəziləri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təkrarladığı dövrdə ortaya çıxıb. Məhz bu səbəbdən Azərbaycan Ermənistan Baş nazirinin bəyanatlarına inanmır və sənədlərə yenidən baxılması prosesinin başlanmasına eyham vurur”.

Mərkəzin analizində xatırladılıb ki, Prezident İlham Əliyevin müsahibəsindən sonra Paşinyan bəyan etdi ki, ritorika danışıqlar prosesinə uyğun olmalıdır:

“Azərbaycan da son bir neçə ayda erməni diplomatiyasının beynəlxalq qurumlara verdiyi bir sıra sənədləri və bəyanatları media vasitəsilə nümayiş etdirdi. Yəni Azərbaycanın iddiaları sadəcə ritorikadır, amma Ermənistanın iddiaları gələcəkdə yeni müharibəni nəzərdə tutan bütöv bir rəsmi sənədlər toplusudur!

Paşinyanın sözlərinə görə, danışıqlar prosesi Ermənistanın Baş naziri Aparatı ilə Azərbaycan Prezidentinin Administrasiyaları arasında gedir. Ya Ermənistan XİN-in bu prosesdən xəbəri yoxdur, ya da Baş nazirdən müvafiq göstəriş almayıblar. Ola bilsin, Vardan Oskanyanın dövründə işə götürülən erməni diplomatlar danışıqlar prosesini sabotaj edirlər, lakin bu, artıq Paşinyanın problemidir.

Ötən müddət ərzində Ermənistan regionda mümkün sülhün dayaqları altına çoxlu minalar döşəyib. Bu minaların gələcəkdə işə düşməməsi üçün onları çıxarıb zərərsizləşdirməyə başlamaq vacibdir!

Məsələn, Paşinyan “Azərbaycanın gizli ərazi iddialarından” danışır... Harada gizli?! Azərbaycan Konstitusiyasında, Müstəqillik Aktında, Azərbaycan Respublikasının qanunlarında, Prezidentin sərəncamlarında Qərbi Azərbaycan mövzusu yoxdur! Azərbaycanda Almatı Bəyannaməsinə heç bir düzəliş yoxdur!

Amma Ermənistanda ərazi iddiaları gizlədilmir, göz qabağındadır!

Əgər Ermənistan Azərbaycandan ritorikanın dəyişməsini gözləyirsə, o zaman “artsaxlar” və “dqr”i xatırladaraq beynəlxalq orqanlara verilən məktubların və iddiaların geri çağırılmasına başlamalıdır. Sonra isə parlament səviyyəsində 1992-ci il Ali Şuranın qərarının ləğvi və Almatı Bəyannaməsinə edilən düzəlişlərin geri götürülməsi mümkündür.

Sülh müqaviləsi prosesin yalnız başlanğıcıdır. Ondan sonra normallaşma başlayacaq, qarşılıqlı fəaliyyət və mümkün gələcək əməkdaşlıq çərçivələri müəyyən ediləcək.

Ermənistan Baş nazirinin Konstitusiya dəyişikliyilə bağlı açıqlamaları Azərbaycanda da gözləntilər yaradıb. 2021-ci ildə oxşar təşəbbüsün nəticəsiz qalmasını xatırlayırıq. Digər tərəfdən, Paşinyanın Konstitusiyada dəqiq (!) nəyi dəyişmək niyyəti də hələ ki, aydın deyil.

Beləliklə, sentyabr ayından şərti sərhəddə vəziyyət sakitləşdi, birgə bəyanat qəbul edildi, hətta ikitərəfli formatda yeni görüşlər də gözlənilir. Müsbət dinamika qalır və bu hal daha da inkişaf etdirilib normaya çevrilməlidir. Bunun üçünsə bir-birimizin gözləntilərini eşitmək məqsədəuyğundur”.
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video

Xəbər lenti