Gürcüstan vasitəçilik üçün optimal variantdır? - Görünəni odur ki...Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında məlumat verib. Qaribaşvili bildirib ki, son bir neçə aydır bu saziş üzərində işləyirdilər: "Strateji tərəfdaşlıq memorandumunu imzalayacağımız barədə elan etmişdik". Onun sözlərinə görə, Ermənistan və Gürcüstan tarixən güclü müttəfiqlər və qonşulardır, bütün istiqamətlər üzrə yaxşı tərəfdaşlıq mövcuddur. İ.Qaribaşvili bəyan edib ki, strateji tərəfdaşlıq haqqında sazişi Tbilisidə hər iki baş nazir imzalayıblar. O, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiyini deyib. Qaribaşvili həmçinin Paşinyanla iki ölkə arasında bütün səviyyələrdə münasibətləri müzakirə etdiyini də vurğulayıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün işgüzar səfərlə Gürcüstana gedib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrini genişləndirməyə çalışmasından narahat deyil. Analitik bəyan edib ki, Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır:

"Yəni Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu, Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallara səbəb olacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tbilisi “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”".
Siyasi şərhçinin fikrincə, normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır: "Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tbilisinin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır. Əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrı ilə həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu, Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir".
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Xəbər lenti