İsveçrəli müşahidəçi Bakıya niyə buraxılmadı? - İLGİNC FAKTLARSon olaraq AŞ PA-da ölkəmiz əleyhinə ədalətsiz qərara dəstək verən birinin Azərbaycandakı seçkiyə hansı obyektiv qiyməti ola bilər?
7 fevral prezident seçkisinə sayılı günlər qaldığı vaxtda Azərbaycana qarşı beynəlxalq arenada qarayaxma kampaniyaları davam edir. İsveçrənin Yevangelist Xalq Partiyasının üzvü Nik Quqqerin Bakıya buraxılmaması ətrafında yaradılan səs-küy, “Blick” qəzetinin yazdıqları da buna sübutdur.

Musavat.com xəbər verir ki, Quqqerin Hindistanda anadan olub. 2017-ci ildən Yevangelist Xalq Partiyasının Milli Şurasının üzvüdür.

png-clipart-evangelical-people-s-party-of-switzerland-swiss-federal-election-2015-political-party-swiss-people-s-party-national-council.png (15 KB)

İsveçrə nəşrinin yazdıqlarını Ermənistanın newsam.ru saytı dərhal tirajlayıb. Bildirilir ki, fevralın 3-də Nik Quqqeri Bakı aeroprtunda saxlayıblar. Onun Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmi və akkreditə olunmuş seçki müşahidəçisi kimi gəldiyi iddia olunur. Quqqerin bu sahədə təcrübəsi olduğu, Rusiya və Moldovada oxşar missiyalarda iştirakçı olduğu deyilir. Lakin Bakıya enən kimi diplomatik girişdə onu polislər saxlayıblar. ATƏT-in digər müşahidəçiləri, o cümlədən İsveçrə nümayəndə heyəti problemsiz ölkəyə buraxılıb, amma onun ölkəyə daxil olmasından imtina ediblər.

Polis siyasətçini Bakı hava limanında təxminən üç saat saxlayıb, onu çaya qonaq ediblər. Sonra isə İstanbula uçan təyyarəyə mindiriblər, Türkiyədən isə Sürixə gedib. Nəşr yazır ki, Quqqer ölkəsinin xarici işlər naziri İqnazio Kassisə bu barədə məlumat verib. İsveçrə Xarici İşlər Nazirliyi nəşrə insidentlə bağlı məlumatlandırıldıqlarını təsdiqləyiblər.

“Qeydiyyatdan keçmiş ATƏT müşahidəçisinin ölkəyə buraxılmaması diplomatik qalmaqaldır və çox nadir hallarda baş verir”, - deyə nəşr vurğulayır.

Nəşr bundan sonra Azərbaycan prezidentini hədəf alıb.

Quqqerin nə üçün ölkəyə buraxılmadığı haqda nəşrin özünün versiyası da maraqlıdır. Bildirilir ki, bu, onun Avropa Şurasındakı anti-Azərbaycan fəaliyyəti ilə bağlı ola bilər. Bakı Avropa Şurası Parlament Assambleyasından (AŞPA) seçki müşahidəçilərini qəbul etməyəcəyini açıqladı. Quqqer isə ATƏT-də iştirakı ilə yanaşı, həm də Avropa Şurasında seçki müşahidəçisi olduğu üçün arzuedilməz şəxslər siyahısına düşə bilərdi. “Blick” yazır ki, Azərbaycanın Berndəki səfirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

İsveçrə nəşrinin yazdığından məlum olur ki, Quqqerin ermənipərəst mövqeyi ilə də seçilir, ötən ilin sentyabrından sonra erməni köçünə “öz arşını ilə” etirazını bildirib, həmçinin Azərbaycan səfirinə öz tənqidlərini ünvanlayıb.

Bizim şərh: Xəbərdən aydın görünür ki, Quqqerin ölkəyə buraxılmaması üçün Bakının kifayət qədər əsaslı səbəbləri olub. Necə ola bilər ki, İsveçrədən gələn bütün ATƏT müşahidəçiləri ölkəyə buraxıldığı halda, ona belə bir yasaq qoyulsun. Aydındır ki, onun anti-Azərbaycan mövqeyi əvvəldən bəlli olduğu üçün istənilən halda ölkəmiz və seçki haqda obyektiv rəy verməyəcəyi də bəllidir. Üstəlik, son olaraq AŞ PA-da ölkəmiz əleyhinə ədalətsiz qərara dəstək verən birinin Bakıya “müşahidəçi” kimi buraxılması heç bir sağlam məntiqə sığmır. Ermənilərin Qarabağdan könüllü getdiyi, birinin belə burnu qanamadığı halda bunu az qala soyqırım kimi qiymətləndirən birinin Bakıda nə işi ola bilər?

Azərbaycan XİN-in və MSK-nın həftənin ilk iş günü məsələyə münasibət bildirəcəyi gözlənilir.
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Xəbər lenti