ABŞ-ın Güney Qafqazda YENİ SAVAŞ PLANI... - NƏ BAŞ VERİR?ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir.
CFR-nin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür.
Birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir: Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd, Azərbycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq: Bakı rəsmi İrəvanın Naçıxvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşturların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir;
İkinci ssenari Qazaxın 4 kəndinin azad edilməsidir: Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməlidir; rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri – qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir, lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır; seçkilərdən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir;
Üçüncü ssenari Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır: bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir; rəsmi İrəvan Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır; qarşıdakı dövrdə bu senarinin tətbiqi istisna edilməməlidir;
Daha öncə də yazmışdıq: Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır; eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar...

Asif Nərimanlı 
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək

Xəbər lenti