Rus sülhməramlıları Bakının işinə qarışa bilməz - ŞƏRHRusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS agentliyinə müsahibəsində sülhməramlılar və Qarabağı öz istəyi ilə tərk edən ermənilər barədə dedikləri diqqət çəkir. Qaluzin deyib ki, Rusiya Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır: “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə”. Həmçinin Qaluzin iddia edib ki, “Rusiyanın səyləri, o cümlədən 6 sülhməramlının həyatı bahasına 2023-cü ilin sentyabrında əməliyyatlar zamanı mülki əhalinin əhəmiyyətli itkilərinin qarşısı alınıb”. O, rus sülhməramlı kontingentinin qalma müddətindən də danışıb: "2025-ci ildə sülhməramlıların Qarabağda qalma müddəti regiondakı vəziyyətə bağlı olaraq uzadıla bilər". Ekspertlərin fikrincə, Qaluzinin sözləri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik, daxili işinə kobud müdaxilədir.

Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, əvvəla, erməniləri Qarabağdan Azərbaycan çıxarmayıb, öz xoşları ilə gediblər. Öz istəkləri ilə ərazini tərk etsələr də, rəsmi Bakının mövqeyi və şərtləri bəllidir. Qayıtmaq istəyən ermənilər ilk növbədə Azərbaycan vətəndaşlığı üçün müraciət etməli, qanunlarımıza hörmət edib, bayrağımız altında yaşamağı qəbul etməlidirlər:
"Onların hüquq və təhlükəsizliyinin təmin edilməsi isə Azərbaycanın işidir.
Rəsmi Bakı bu və digər məsələləri özü etmək iqtidarındadır. Rusiya sülhməramlılarının mandatları xaricində nəsə etməsi qanunsuzdur. Rusiya XİN rəhbəri müavininin açıqlaması ikibaşlı xarakter daşıyır. Məsələ ondadır ki, Azərbaycanın Xankəndi və ətrafında keçirdiyi əməliyyatlar lokal xarakterli antiterror tədbirləri idi. Əməliyyatlar yüksək peşəkarlıq və dəqiqliklə keçirilmişdi. Əməliyyata dair video-görüntülərdən aydın olur ki, mülki şəxslər aşkar edildikdə həmin ərazilərə zərbələr vurulmurdu. O ki qaldı 6 sülhməramlının həyatını itirməsinə, biz bunun bədbəxt hadisə olduğunu bilirdik. Lakin Qaluzinin dediklərindən belə nəticəyə gəlmək olar ki, həmin 6 hərbçi erməni separatçılarını qorumağa çalışarkən həlak olublar. Nəticə etibarilə biz 6 sülhməramlı əsgərin bədbəxt hadisə nəticəsində öldüyünü düşünürük, Qaluzin isə fərqli iddia ortaya atır".

Analitik vurğulayıb ki, Qaluzinin müsahibəsində ən narahatedici məqam “2025-ci ildə sülhməramlıların Qarabağda qalma müddəti regiondakı vəziyyətə bağlı olaraq uzadıla bilər” cümləsidir:
"Buradan bir daha aydın olur ki, Rusiya öz sülhməramlılarının səlahiyyət müddətini daha 5 il uzatmaq istəyir. Kreml hesab edir ki, gələcəkdə ermənilərin Qarabağa qayıdışı fonunda sülhməramlılar regionda qalmalı, “təhlükəsizliyi” təmin etməlidir. Reallıqda isə buna ehtiyac yoxdur. Rəsmi Bakı öz vətəndaşlarının, eləcə də ərazisinin təhlükəsizliyini təmin etmək gücündədir. Bu, son illərdə bir neçə dəfə sübuta yetirilib".
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti