İrəvanın “xəritə oyunu”: Pərdəarxası məqamlar və məqsədlər - NƏ BAŞ VERİR?“Demarkasiya prosesində yeni sərhədlər deyil, Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlər yaradılmalıdır”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel ilə keçirdiyi birgə mətbuat konfransında belə deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan danışıqlarındakı hazırkı vəziyyətə toxunub.

Onun sözlərinə görə, Ermənistanın bu istiqamətdə irəliləmək üçün siyasi iradəsi var.

“Biz Ermənistanın regionda sülh və təhlükəsiz mühit yaratmaq səylərində üzləşdiyi bütün problemləri müzakirə etdik. Mən 2022-ci ilin oktyabrında Praqada qəbul edilmiş dördtərəfli Bəyanatın nəticəsi olaraq qəbul edilmiş bəyanatda təsbit olunmuş razılaşmalara, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə görüşlərinin yekunlarına dair bəyan etdiyi razılaşmalara Ermənistan Respublikasının sadiqliyini bir daha təsdiqlədim.

Biz inanırıq ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiq etməlidirlər və Sovet səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş son xəritələr iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası üçün əsas olmalıdır.

Bu o deməkdir ki, demarkasiya prosesində yeni sərhədlər deyil, Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş və sonradan tərəflər tərəfindən təsdiqlənmiş sərhədlər yerlərdə öz əksini tapmalıdır”, - Mirzoyan belə deyib.

O, həmçinin regional kommunikasiyaların açılması perspektivlərinə də toxunub.

Mirzoyan bildirib ki, regional kommunikasiyaların açılması qarşılıqlılıq, bərabərlik prinsipləri əsasında, eləcə də ölkələrin suverenliyi və yurisdiksiyası altında baş verməlidir:

“Biz Ermənistan hökumətinin təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsi və onun sülh gündəliyinin bir hissəsi kimi həyata keçirilməsi, regionda qarşılıqlı əlaqəni artırmaq üçün real imkan barədə fikir mübadiləsi apardıq. Biz gözləyirik ki, Azərbaycan konstruktiv şəkildə danışıqlar masasına qayıdacaq və əldə olunmuş razılaşmalara sadiq qalacaq. Ermənistanda da oxşar siyasi iradə var”.

Qeyd edək ki, Ararat Mirzoyanın Alma-Ata Bəyannaməsi ilə sərhədlərin yaradılmasını təklif etməklə sərhədlərin delimitasiya və demarkasiya prosesinin 1991-ci il xəritələri əsasında aparılmasını təklif edir. Bununla da Ermənistan XİN rəhbəri sərhədlərin müəyyənləşməsi ilə bağlı iki məqama toxunub.

Birincisi, Mirzoyan demarkasiya zamanı yeni sərhədlərin çəkilməsini inkar edir. Yəni nazir rəsmi İrəvanın Sovet dövründən əvvəlki, yəni 1918-1920-ci illərə aid, həmçinin Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan yeni hərbi-siyasi vəziyyətə uyğun xəritələrdən istifadənin əleyhinə olduğunu bildirir.

Mirzoyan ikinci məqam kimi, Ermənistanın Sovet dövrünün xəritələri əsasında sərhədlərin müəyyənləşməsinin tərəfdarı olduğunu diqqətə çatdırır. Çünki müasir Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Sovet dövründə Azərbaycan torpaqları daxili qərarla qanunsuz olaraq, Ermənistana pay verilib.

Sərhədlərin delimitasiyası və demarkasiyası zamanı Azərbaycan Ermənistana verilmiş 20 min kvadrat kilometrdən artıq ərazinin böyük hissəsini geri tələb edə bilər. Ona görə də Mirzoyan 1991-ci il xəritələrini gündəmə gətirməklə keçmiş Ermənistan SSR-in inzibati sərhədlərinin saxlanılmasını təklif edir və bunu Alma-Ata Bəyannaməsi ilə hüquqi cəhətdən əsaslandırmağa çalışır.

Nazir hər iki ölkənin də ərazi bütövlüyünün və suverenliyinin məhz bu sərhədlər çərçivəsində tanınmasını vacib hesab edir. Lakin Ermənistan XİN rəhbəri birbaşa və ya açıq mətnlə “1991-ci il xəritələri” ifadəsini işlətməkdən yayınır. Əvəzində, Ararat Mirzoyan “Sovet səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş son xəritələr” sözünü dilə gətirib. Çünki Ermənistan Alma-Ata Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazilərini işğal etməklə öz sərhədlərindən imtina edib.

Ermənistanın 1991-ci ildə müstəqillik əldə edildikdən sonra Azərbaycanla mövcud olmuş sərhədləri artıq yoxdur.

Ona görə yeni sərhədlər çəkilməlidir. Ermənistan rəsmiləri bunu bildiyinə görə delimitasiya və demarkasiya prosesinin 1974-1978-ci illərin xəritələri əsasında aparılmasını istəyir. Hətta Ermənistan Xarici İşlər Nazirliyinin sülh müqaviləsinin mətninə daxil etmək üçün yanvarın 4-də Azərbaycan tərəfinə göndərdiyi təklifdə sərhədlərin 1974-1978-ci illər xəritələri əsasında delimitasiya və demarkasiya edilməsi təklif edilib.

Ancaq Azərbaycanın buna razılıq verməməsi hər iki ölkənin sərhədlərin delimitasiyası üzrə komissiyaların yanvarın 31-də keçirilən görüşünün nəticəsiz başa çatması ilə nəticələnib. Mirzoyanın açıqlamasında vurğuladığı digər sətiraltı məqam isə sonuncu topoqrafik xəritələrin 1975-ci ildə tərtib olunması ilə bağlıdır. 1991-ci ildə nəşr olunmuş xəritələr məhz 1975-ci il topoqrafik xəritələri əsasında hazırlanıb.

Mirzoyan da “Sovet səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş xəritələr” deyərkən 1975-ci ili nəzərdə tutur. Lakin 1975-ci ildən sonra Ermənistan Azərbaycandan xeyli ərazi qoparıb. 1975-ci ildə Qərbi Zəngəzur dağının Vişlan düzü və Yağlıdərə yaylaları, 1982-1984-cü illərdə Qazax rayonunun 2000 hektara yaxın torpaq sahəsi, 1984-cü ildə Qaragöl gölünün 74 faizi və digər ərazilər Sov. İKP MK plenumunun qərarları ilə qanunsuz olaraq Ermənistana verilib.

Ona görə də Ermənistan həmin əraziləri özündə saxlamaqla 1991-ci ilin xəritələri əsasında sərhədlərin müəyyənləşməsini istəyir. Ancaq sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Alma-Ata Bəyannaməsinin və ya 1991-ci il xəritələrinin əsas götürülməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhlükə yarada bilər.

Çünki qeyd edilən sənədin imzalanmasından əvvəl, yəni 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası Qarabağın Ermənistana birləşməsinə dair qərar çıxarıb. 1990-cı ilin yanvar ayında Kərki kəndi, 1990-cı ilin avqust ayında isə Qazax rayonunun Bağanıs Ayrım kəndi Ermənistan tərəfindən işğal olunub.

Əgər Azərbaycan 1991-ci il xəritələrinə razılıq verərsə, Ermənistan hakimiyyəti bu qərarın Alma-Ata Bəyannaməsindən əvvəlki dövrə aid edilmədiyini, yəni razılaşmanın geriyə qüvvəsinin olmadığını əsas gətirərək Qarabağa yenidən ərazi iddiası ortaya qoya bilər. Bu halda Qarabağın Ermənistana birləşməsini nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin Ermənistan Konstitusiyasından çıxarılacağına dair vədlər yerinə yetirilməyəcək.

Üstəlik, ermənilərin kütləvi şəkildə Qarabağa qaytarılması məsələsi gündəmə gətirilə bilər. Azərbaycan 1991-ci il xəritələrinə razılaşarsa, Ermənistan Kərki və Bağanıs Ayrım kəndlərini qaytarmaqdan imtina edəcək. Halbuki, həmin kəndlər işğal altındadır və Azərbaycanınm suveren ərazisi olduğuna görə qeyd-şərtsiz azad edilməlidir.

Bundan başqa, 1991-ci il xəritələri Ermənistanın Gədəbəy rayonunun Başkənd kəndinə ərazi iddiası ortaya qoyması üçün hüquqi əsas yaradır. Qeyd edilən səbəblərdən Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası və demarkasiyası üçün əsas səbnəd kimi götürülə bilməz. Eyni zamanda, həmin bəyannaməyə imza atmış ölkələr arasında ərazi münaqişələri baş verdiyinə görə bu sənəd hüquqi qüvvəsini itirib.

Müşfiq Abdulla - “Cebhe.info”
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Xəbər lenti