İrəvan son qarantını da itirdi - Yeganə müttəfiqi artıq Bakını dəstəkləyirErmənistanın KTMT ilə bağlı qəbul etdiyi qərar təşkilatın nizamnaməsi ilə ciddi ziddiyyət təşkil edir. Onlar təşkilatın tərkibində fəaliyyətlərini dondurmaları barədə qərar qəbul ediblər. Əslində isə İrəvan təşkilatdan çıxdığını bəyan etməlidir. Ermənistanın indiki şəraitdə belə bir qərarın qəbul etməsi təşkilatın qüvvədə olan nizamnaməsi baxımdan anlaşılan deyil. Sadəcə olaraq, Ermənistan Rusiya tərəfindən bu qərara münasibətdə atıla biləcək addımlardan sığortalanmaq üçün belə bir mövqe sərgiləyir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistan vaxt qazanmaq və Qərbdən təhlükəsizliklə bağlı müəyyən dəstək almaq istəyir:

"Rusiyanın məlum qərara mövqeyi açıqlanacaq. Onsuz da Ermənistanın Rusiyada olan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Ermənistandan təcili olaraq məlum qərarla bağlı konkret mövqe sərgiləməsini tələb edib. Paşinyan hələ ki susur. Sakit qalması anlaşılandır. Paşinyan okeanın o tayına boylanır və Qərbdən olan havadarları tərəfindən bu məsələdə dəstək istəyir. Digər tərəfdən, Paşinyan yəqin düşünür ki, Rusiya tərəfindən bununla bağlı daha fərqli və sərt mövqe sərgilənəcəyi təqdirdə Fransa işə qarışacaq. Müəyyən addımlar ataraq məsələni həll edəcək. Ermənistan təhlükəsizliyini təmin etmək üçün də Fransaya müraciət edə bilər. Ancaq məsələ bundadır ki, Fransa və Ermənistan arasında təhlükəsizliklə bağlı hər hansı ciddi razılıq yoxdur. Fransa Ermənistanın təhlükəsizliyinə zəmanət verə biləcək dövlətlərdən deyil. Hələ ki, Fransa Ermənistanı silah-sursatla təmin edir. Bu məsələyə aydınlıq gətirmək olar. Məsələn Almaniya bu günlərdə Ukraynaya Taurus raketlərini göndərməkdən imtina etdi. Almaniyanın mövqeyi bundan ibarət oldu ki, biz Ukraynanın silah-sursat təminatında tərəf olsaq da, Rusiya ilə birbaşa müharibədə iştirak etmək mövqeyimiz yoxdur. Bu onu göstərir ki, NATO üzvü olan Almaniya belə Rusiya ilə birbaşa müdaxilədən və qarşıdurmadan çəkinir.

Düşünürəm ki, eyni fikirləri Fransaya da aid etmək olar. Fransa sadəcə bölgədə eskalasiyanı gücləndirmək istəyir. Nəzərə almaq lazımdır ki, indiki şəraitdə eskalasiyanın güclənməsi müəyyən mənada Rusiyanın maraqlarına cavab verir. Çünki eskalasiyanın güclənməsi və Ermənistan Rusiya arasında münasibətlərin gərginləşməsi, Azərbaycan qarşısında öz öhdəliklərini yerinə yetirməyən Ermənistanı cəzalandırmaq üçün bu və ya digər şəkildə rəsmi Bakının da maraqlarına cavab verir. Etiraf edək ki, Ermənistan 2020-ci ilin Moskva razılaşmasının şərtlərini birtərəfli şəkildə yerinə yetirməkdən imtina edir. Söhbət bölgədə nəqliyyat, kommunikasiya xətləri ilə bağlı əldə edilmiş razılıqdan gedir. Bakı da təbii ki, beynəlxalq hüququn normalarından çıxış edərək öz imzasına hörmət etməyən Ermənistanla münasibətləri beynəlxalq hüququn müəyyən etdiyi normativ aktlar əsasında qura bilər. Ona görə də Ermənistan sadəcə Qərbdəki havadarları vasitəsilə bölgədə eskalasiyanı gücləndirib. Düşünür ki, burada Rusiyanı Şərqi Avropadan əlavə, yəni Ukrayna ilə birlikdə daha fərqli münaqişəyə cəlb edə bilərlər.

Rusiyanın hərbi güc nümayiş etdirmədən Ermənistanı cəzalandırmaq üçün kifayət qədər rıçaqları və imkanları var. Bundan ötrü Rusiyanın Ermənistana enerji təhlükəsi ilə bağlı məsələlərdə təsir etmək imkanları güclüdür. Ermənistanın özünün və sərhədlərin təhlükəsizliyi 1992-ci ilin müqaviləsinin şərtləri Rusiya tərəfindən təmin olunur. Sadəcə olaraq Paşinyan çox təəssüflər olsun ki, Qərb tərəfdən bəlli mesajların müqabilində Rusiya ilə münasibətlərin kəskinləşməsi istiqamətində addımlar atır. Bu addımların kəskinləşəcəyi təqdirdə indiki şəraitdə ABŞ belə Ermənistana ciddi dəstək vermək iqtidarında olmayacaq. Ermənistan unutmamalıdır ki, bölgənin təhlükəsizlik problemləri ilə bağlı məsələlərlə münasibətdə bölgə dövlətlərinin maraqları üstə-üstə düşür".

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü prinsip var:

"Regionda təhlükəsizlik problemləri 3+2 formatında həll olmalıdır. Ermənistan bunu unutmamalıdır. Bu formatda təhlükəsizlik problemlərinin həllində bölgə dövlətləri əməkdaşlıq etməyə hazırdır. Söhbət Rusiya, İran və Türkiyədən gedir. Adı çəkilən ölkələr qərb dövlətlərinin bölgəyə müdaxiləsinin birmənalı şəkildə əleyhinədir. Ermənistan bunu da nəzərə almalıdır. Bu kontekstdə nəzərə alsaq ki, İran hazırda Rusiya ilə Ukrayna münaqişəsi ətrafında ciddi əməkdaşlıq edir. İran Qərbin bölgəyə nüfuz etməməsi üçün Rusiya ilə birlikdə hərəkət edəcəyi də istisna olunmur, İrəvan bunu da nəzərə almalıdır".

Elşən Manafov qeyd edib ki, Fransanın Ermənistanla yaxınlaşması, Azərbaycanın Avrasiya bloku ilə yaxınlaşmasına müəyyən mənada ciddi təsir göstərə bilər:

"Bakıya Qərbdən olan təhdidlərə Azərbaycan Prezidenti andiçmə mərasimi zamanı konkret cavab verdi ki, gedib öz işləri ilə məşğul olsunlar. Bu, Qərb dövlətlərinin Azərbaycanla münasibətləri təhdid qurmaq istəklərinə Prezidentimizin konkret cavabıdır. Azərbaycanın mövqeyi bəllidir. Ermənistanla münasibətlərdəki problemlərin nizama salınması bağlı beş məlum şərt irəli sürülüb. Azərbaycan kifayət qədər güclü dövlətdir. Azərbaycanın Ermənistana qarşı apardığı savaşda da ordumuzun gücü və imkanları bunu göstərir. Azərbaycan ordusunun maliyyəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Bunu Fransa ilə yanaşı, Ermənistan da bilir. Ermənistanın Fransa tərəfindən silahlandırılması Azərbaycan qardaş Türkiyə, o cümlədən bölgədə geosiyasi konfederasiyanın Qərbin xeyrinə dəyişməsinə maraqlı olmayan Rusiyanın da ciddi nəzarəti altındadır. Ermənistan artıq KTMT-nin timsalında hərbi baxımdan özünün sonuncu qarantını da itirmiş olur. Bunu da Azərbaycan izləyir. Düşünürəm ki, Azərbaycan Rusiya və Türkiyə tərəfindən də ciddi dəstəyə malik olacaq".
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti