Yaya qədər sülh sazişi imzalanacaq? - ŞƏRHErmənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana qaytarıb. Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin. Gənc əsgərimizin bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.
Bunun “xoşməramlı jest”lə əlaqəsinin olmadığı bəllidir. Xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər. Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb. İstənilən halda R.Pənahova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb var.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, azərbaycanlı əsgərin tez zamanda qaytarılması Azərbaycanın növbəti diplomatik uğuru kimi qəbul edilməlidir. Hüquq müdafiəçisinin sözlərinə görə, bənzəri hadisələrdə Azərbaycan dövləti istər mülki, istərsə də hərbi, fərq etməz, bütün vətəndaşlarını uzun mübarizədən sonra, müəyyən qarşılıqlı addım atmaqla ölkəyə gətirilməsinə nail olub:

"Sonuncu hadisədə də Azərbaycan əsgəri sırf yolu azdığı üçün qarşı tərəfə keçmişdi. Heç bir hərbi əməliyyat şəraiti olmadan gənc əsgərə qarşı Ermənistanın irəli sürdüyü ittihamlar saxta və uydurma idi. Rəsmi İrəvan düşünürdü ki, bununla Azərbaycan tərəfi ilə müəyyən danışıqlar apara bilər və Azərbaycanda saxlanılan terrorçularla hər hansı dəyişdirilmə prosesi baş tutar. Amma bunun mümkün olmayacağını gördü. Bu, siyasi razılıq əsasında baş vermiş hadisədir. Nəzərə alsaq ki, Almaniyada iki ölkə rəhbərlərinin görüşü, ardınca Berlində xarici işlər nazirlərinin müzakirələri və Antalya Diplomatik Forumunda gerçəkləşən təmaslar nəticəsində belə bir razılığa gəlinib. Ümumən, müsbət bir haldır. Həm də sülh danışıqları fonunda qarşılıqlı etimad mühitinin yaradılması baxımından müsbət addımdır. Ermənistanda müəyyən revanşist güclər bunun qarşılığında Azərbaycanda saxlanılan erməni diversantlardan birinin və ya bir neçəsinin əldə ediləcəyini düşünürdülər. Hər nə qədər erməni cəmiyyətində məyusluqla qarşılansa da, Azərbaycan dövlətinin uğurudur".
Ə.Şahidovun fikrincə, bu hadisə sonrakı ikili təmaslarda, həm dövlət komissiyalarının görüşündə, həm də iki ölkə liderlərinin sülh görüşlərində müsbət bir dinamika yarada bilər: "Ümid edirik, 2024-cü ilin ilk yarısına qədər Azərbaycanla Ermənistan arasında sülh danışıqları yekunlaşacaq və qalıcı bir sülh müqaviləsi imzalanacaq. Azərbaycan dövləti hər zaman öz hərbçilərinin hərbi qulluqçularının, istərsə də mülki vətəndaşlarının erməni əsirliyindən qurtarılması üçün sonuna qədər mübarizə aparıb. Bunu 2014-cü ildə iki mülki girov - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün göstərilən səylər fonunda dəfələrlə görmüşük. Sonuncu hadisə isə bunun daha bariz nümunəsidir".
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti