Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var... - GƏLİŞMƏTürkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqtona son səfərinin nəticələrini müsbət qiymətləndirmək olar. Hakan Fidan Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Hayns ilə müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Türkiyə-ABŞ münasibətlərini dəyərləndirərkən maraqlı cümlə işlədib: “İki ölkə arasında dialoqu davam etdirərkən yenilənmiş psixologiya, daha müsbət gündəm və yeni səhifə açaraq yolumuza davam etmək imkanımız var. Böhranları idarə etmək üçün hər iki ölkənin yaddaşı və refleksləri var”.
Hakan Fidan bununla demək istəyib ki, iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən problemli mövzular (ABŞ-ın Suriya ərazisində PKK-nın törəmə təşkilatlarına dəstəyi, Fətullah Gülənin Pensilvaniya ştatından “təşkilatını” idarə etməsi, razılaşmaların əksinə olaraq F-35 təyyarələrinin Türkiyəyə satışının qadağan edilməsi) olsa da, dialoqdan və tərəfdaşlıqdan qopmaq olmaz. Doğru strategiyadır. Elə buna görə də Fidan amerikalı həmkarı Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışaraq mövcud problemləri idarə etmək, eyni zamanda iki ölkənin istehsal edə biləcəyi ortaq potensial və imkanları reallaşdırmaq vacibliyini bildirib.
Amerikanın dünya proseslərinə təsiri azalsa da, supergüc olaraq qalır. Bu dövlətlə müxtəlif mövzularda razılaşmamaq olar, ancaq Vaşinqtonla bütün körpüləri yandırmaq doğru deyil. Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var. Buna baxmayaraq, Bakı ilə Vaşinqton arasında dialoq davam edir, enerji və təhlükəsizlik sahəsində ortaq maraqlar var.

Elxan Şahinoğlu
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Xəbər lenti