Rusiya Ermənistanı işğal edərsə... - AKTUALRusiya Ermənistanı qəfil işğal edərsə, bölgədə hadisələr necə inkişaf edəcək? Ritorik sualdır. Bir neçə il əvvəl belə bir sual gündəmdə yox idi. Ancaq baş nazir Nikol Paşinyan Rusiyanın çətirindən qurtulmağa çalışınca və Qərbə yaxınlaşmaq istəyini daha gur səsləndirdikcə Kremlin Cənubi Qfaqazdakı son forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirməyə başlaması və bunların içərisində hərbi müdaxilə planının olduğu istisna deyil. Rusiya iki il əvvəl Ukraynaya qarşı müharibəni “denansifikasiya” bəhanəsiylə, yəni rusları qorumaq adı altında başlamışdı. Rusiya Ermənistanı nəzarətə götürmək üçün də bəhanə tapa bilər. Misal üçün Rusiya Ermənistana “iki ölkə arasında mövcud sazişləri qorumaq məqsədilə” müdaxilə edə bilər. Bu halda Ermənistan ordusunun Ukrayna ordusu kimi Rusiya ilə savaşacağı ehtimalı azdır. Təslim olacaqlar. Bəziləri soruşa bilər ki, buna beynəlxalq reaksiya necə olacaq? Bu Kremlin vecinə də deyil. Məgər Kreml Ukraynaya qarşı işğal müharibəyə qərar verəndə beynəlxalq reaksiyanın necə olacağını nəzərə almışdımı? Kreml Nikol Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək. Bundan sonra da Kreml “Qarabağ klanı” vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq.
Belə bir ssenari Azərbaycana nə vəd edir? Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq. Ancaq çevriliş əsasında Ermənistanda formalaşa biləcək xunta hökumətin Azərbaycan kəndlərinin geri qaytarması və Zəngəzur dəhlizi məsələsində mövqeyi sərtləşəcək. Xunta hökuməti ilə dilaoq aparılmasının mənası olmayacaq. Üstəgəl həmin xunta hökumətini dəstəkləyən Kremlin Azərbaycana təzyiqi artacaq və Rusiya-Azərbaycan münasibətlərindəki indiki normal axar dəyişəcək. Kreml Ermənistanda istədiyi hökuməti formalaşdırdıqdan sonra Qarabağdakı hərbi kontingenti çıxarmamaq mövqeyini gücləndirəcək. Tehran da Ermənistandakı xunta rejimini dəstəkləyəcək. Bircə, ABŞ və Avropa İttifaqı Ermənistanda xunta rejimini tanımayacaq. Belə olan halda hazırda Ermənistanı hər mənada dəstəkləyən Fransanın da siyasəti dəyişəcək. Bu halda Qərb ölkələri Azərbaycanın dəyərini anlamış olacaqlar.
Əlbəttə, bu yazılanlar ehtimaldır. Ancaq biz bütün mümkün ehtimalları hesablamaq məcburiyyətindəyik. 15-20 il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağını ehtimal etmək mümkün deyildi. Ancaq bu baş verdi. Kremlin ipinin üstünə odun yığmaq mümkün deyil. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və türk dövlətləri ilə inteqrasiyanı gücləndirməsi ən doğru yoldur.

“Atlas” Araşdırmalar Mərkəzi
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Xəbər lenti