Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə iki mesaj göndərirlər".

Bu sözləri "Sherg.az"a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, birinci mesaj bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur:
"Yəni demək istəyirlər ki, Rusiyadakı ermənilər Ermənistandakı ermənilər kimi düşünmür və baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşmaq siyasətindən narazıdırlar. İkincisi, Rusiyada yaşayan ermənilər Ermənistana hər il milyardlarla dollar pul köçürürlər və bu Ermənistan büdcəsindəki vəsaitdən çoxdur. Bu da Kremlin Ermənistan hökumətinə xəbərdarlığıdır. Yəni demək istəyirlər ki, Qərbə yaxınlaşmağa çalışan Ermənistan hökumətinə təzyiq etmək üçün Kremlin əlində güclü maliyyə aləti var".

E. Şahinoğlunun fikrincə, Moskva Rusiyadakı ermənilərin Ermənistana pul köçürmələrinə qadağa qoysa qonşu ölkədə iqtisadi vəziyyət ağırlaşacaq:
"Nikol Paşinyan bu ssenarini nəzərə almaya bilməz. Əslində Moskva bu alətə əl atarsa bu, Nikol Paşinyanın ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminat almaq siyasətində işini asanlaşacaq. Çünki bu halda ABŞ və Avropa İttifaqı Nikol Paşinyan hökumətini Kremlin maliyyə təzyiqindən qurtarmaq üçün Ermənistana maliyyə dəstəyini artıracaq. Ermənistanda keçirilən rəy sorğularında Rusiyaya inam azalıb. Nikol Paşinyanın bu tendensiyanın artmasında maraqlıdır. Bunu Kreml də anlamamış deyil. Ona görə də Kreml pul köçürmələrinin dayandırılması kimi aləti ən sona saxlayıb".
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Xəbər lenti