Ermənistan Qərbi Azərbaycana çevrilir - ArutyunyanŞübhə yoxdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Brüsseldə keçiriləcək görüş ilk növbədə Rusiyanı Cənubi Qafqaz regionundan çıxartmaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qagik Arutyunyan deyib.

Onun sözlərinə görə, bu görüşdən Ermənistan üçün heç bir müsbət nəticə gözləmək olmaz.

Arutyunyan hesab edir ki, Azərbaycanla münasibətlərdə, o cümlədən ərazi məsələsində yeni güzəştlər müqabilində İrəvana yeni maliyyə yardımı paketi təklif olunacaq:

“Bu, Ermənistan hakimiyyətinin niyyətidir və bu halda yeni heç nə baş verməyəcək, ölkə qazandığından daha çox itirməkdə davam edəcək”.

O əlavə edib ki, İrəvanla Moskva arasında münasibətlərin ardıcıl pisləşməsi artıq ticarət-iqtisadi əlaqələrdə fəsadlara gətirib çıxarır və qarşıdan gələn görüş bu tendensiyanın yalnız davamı olacaq:

“Hakim qrup Qərb ağalarının göstərişlərinə əməl edərək, ölkəni ucuza və parça-parça satmaq və sadəcə olaraq “Qərbi Azərbaycan” adlanacaq müəyyən əraziyə çevirmək üçün hər şeyi edəcək”.

O, ilin sonuna kimi ABŞ-da hakimiyyət dəyişikliyinə ümid etdiyini, bunun nəticəsində Ermənistanın özündə proseslərin başlayacağını və bunun da hazırkı hökmdarların getməsinə səbəb olacağını bildirib:

“Yalnız bundan sonra qardaş Rusiya ilə münasibətlər yenidən normallaşacaq”.
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

Xəbər lenti