![]() |
|
Elm və Təhsil, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri məktəblərdə monitorinqlərə başlayıb.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi ilə birgə ilboyu suda boğulma və dəm qazı ilə bağlı maarifləndirmə işləri də aparılır:
"Məktəblinin dostu" layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib. Bu müddətdə 3100 dəfə təcili tibbi yardım çağırılma hadisəsi qeydə alınıb. Eyni zamanda bu illər ərzində şagirdlər arasında 20 min münaqişənin qarşısı alınıb".
Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ay ərzində nəzərdə tutulmuş qrafiklər üzrə ödənişlər vaxtında həyata keçirilir.
Belə ki, mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 18-də isə respublikanın ayrı-ayrı bölgələrində qeydiyyatda olan, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyaları ödənilərək yekunlaşıb. Bu gündən isə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsinə başlanıb. Beləliklə, ay bitməmiş mayın 24-də bütün sosial ödənişlərin ödənilməsi prosesi tam başa çatdırılmış olacaq.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.
Sabah Laçın rayonunun Sus kəndinə növbəti köç baş tutacaq.
"Report"un məlumatına görə, daha 39 ailədən ibarət 140 nəfər sabah doğma yurda qayıdacaq.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.
Azərbaycanla sərhədə kabinlər gətirilib.
Bunu “Azadlıq radiosu”nun Ermənistan xidməti yazıb.
Bildirilir ki, əslində bu kabinlər erməni sərhədçiləri üçündür:
“Onların harada quraşdırılacağını demirlər. Bir az əvvəl Kirantsa gedən yolun sağ tərəfindəki sütunda “Aze” yazıldığını gördük. Sütunun yanında erməni sərhədçilər növbə çəkir. Bu sütunun qarşısındakı hissə Azərbaycan tərəfinə keçəcək. Artıq 4-cü gündür ki, Kirantsa gedən yol bağlanıb”.
Xəbər verdiyimiz kimi, 25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.
Axar.az bildirir ki, "Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir:
"Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.
Bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.
Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.
Nazirlər Kabinetindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.
Saatlı rayon Polis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə polis mayoru Məmmədov Eldəniz İbrahim oğlu sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, Eldəniz Məmmədov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı işləyib.