![]() |
|
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;
6. Tbilisi prospekti, mərkəz istiqamətində;
7. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində;
8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;
9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Kibertalamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır.
Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib, faktları sadalayıb.
"Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın.
Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.
Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.
Kiber cinayətkarlıq - talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb", - DİN rəsmisi qeyd edib.
Xəbər verildiyi kimi, mayın 11-də Lənkəranda qısa fasilə ilə iki dəfə güclü zəlzələ baş verib. Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Lənkəran sakinləri təkanların çox güclü olduğunu və buna görə qorxduqlarını bildiriblər. Yaşlı sakinlərdən biri isə qeyd edib ki, 50 ildir belə zəlzələ görməyib.
Xoşbəxtlikdən canlı itki və dağıntı olmayıb. Bununla belə, təkcə bölgə sakinlərini deyil, ümumiyyətlə, Azərbaycan əhalisini belə bir sual düşündürür: bu, daha güclü yeraltı təkanın xəbərçisi ola bilərmi? Qonşu İranda, Türkiyədə tez-tez baş verən zəlzələlərin Azərbaycanla nə dərəcədə bağlılığı var?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı:
“Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər olacaq. Hətta qeyd etmişdim ki, 4.5- 5.5 maqnitudalı zəlzələlər baş verəcək. Lənkəranda baş verən zəlzələ bunun təzahürüdür. Təbii ki, bu cür zəlzələlər il boyu davam edəcək. Biz hiss olunan zəlzələlərdən qaça bilməyəcəyik. Çünki biz bir dövriliyi yaşayırıq. Seysmik və tektonik aktivliyi yaşayırıq. Azərbaycanda bir neçə seysmik aktiv olan bölgə var. Bu ərazilər bir-biri ilə əlaqədar olaraq təkan rolunu oynayır. Misal üçün, Lənkəranda baş verən zəlzələ ocağında daha güclü zəlzələlərin olması nəzəri baxımından gözlənilmir. Amma qonşu ocaqlarda aktivləşmə müşahidə oluna bilər. Bu, birtərəfli baxışdır”.
“Qonşu ölkələrdə tez-tez baş verən zəlzələlərin Azərbaycanla nə dərəcədə bağlılığı var” sualına gəlincə isə seysmoloq dedi ki, ölkəmiz böyük meqatektonik zonada yerləşir: “Türkiyə, Azərbaycan, İran və Xəzər dənizi boyu ərazilər Türkmənistana tərəf böyük bir meqatektonik bölgədir. Bu nəhəng bölgədə müxtəlif kiçik və irihəcmli qırılmalar, pozuntular mövcuddur və bunlar bir-biri ilə əlaqədardır. Ola bilməz ki, qonşuda böyük həcmli qırılmalar baş versin, amma Azərbaycandan bu yan keçsin. Bu, fizika qanununa da ziddir. Təbii ki, qonşu bölgələr digər sərhəddə olan seysmik və tektonik bölgələri daha da silkələndirir. Nəticədə Azərbaycanda davamlı olaraq bu il seysmik aktivlik müşahidə edəcəyik, bu, qaçılmazdır”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə jurnalistlərə açıqlamasında bildirib ki, Lənkərandakı zəlzələ nəticəsində elə dağıntılar yoxdur. Ən keyfiyyətsiz tikinti materialları olan çay daşlarından tikilmiş evlərdə müəyyən çatlar var.
Onun sözlərinə görə, güclü zəlzələnin baş verməsi ehtimalı yoxdur: “Biz analiz etdik ki, ayrılan enerjinin gücü nə qədərdir. Əhaliyə də müraciət etdik ki, narahat olmasınlar. Lənkərandakı zəlzələdən sonra çoxlu afterşoklar qeydə alınıb. Lakin bunların içərisində 4,4 bal olan hiss edilib. Hazırda zəlzələnin təkrarlanması ilə bağlı qorxu yoxdur və güclü zəlzələ gözlənilmir”.
Qeyd edək ki, ötən gün dünyada bir neçə ərazidə güclü zəlzələ olub. Rusiyada Baykal gölü ətrafında 6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Vahid Geofizika Xidməti bildirir ki, yeraltı təkanlar Ulan-Udedə 4 bal, İrkutskda isə 3 bala qədər hiss olunub. Dağıntı və insan tələfatı yoxdur. Eyni zamanda Sakit okeanın sahilində - Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub. Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutunun (INSIVUMEN) məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qvatemalanın bir neçə şəhərində infrastruktur obyektlərinə zərər verib, avtomobil yolları və binaların uçması qeydə alınıb. İnsan tələfatı barədə məlumat yoxdur. Zəlzələnin episentri San-Markosun təxminən 90 kilometrliyində 25 kilometr dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 05:39-da baş verib.
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 (89 nəfər), Bərdə rayonundan – 3 (12 nəfər), Sumqayıt şəhərindən – 2 (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 (6 nəfər), Zaqatala rayonundan – 1 (5 nəfər), İsmayıllı rayonundan – 1 (3 nəfər), Ağdaş rayonundan – 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə – 136 nəfər köçürülür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə ağacəkmə aksiyaları davam etdirilir.
Aksiya zamanı Bakı Dairəvi I yolunun, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında 7 440 ədəd Eldar şamı, qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.
Ağacəkmə aksiyaları respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsinin, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarına ümumilikdə 31 591 ədəd Eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib.
Qeyd edək ki, cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarında ümumilikdə 39 031 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir. Əkilən ağacların böyük hissəsi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilmişdir.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu kimi tədbirlər davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Xocalıda yenidənqurma işləri davam edir. Malıbəyli kəndi müasir görkəmə qovuşur.
Hazırda 120 fərdi yaşayış evində işlər davam etdirilir. Qaz, işıq və su xətləri çəkilir.
Daha ətraflı "ATV Xəbər"in süjetində:
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib.
Nazirlikdən daxil olan müraciətdə deyilir:
“E-poçt və ya daxil olan zəngə cavab olaraq şəxsi məlumatlarınızı verməyin. Əgər kimsə sizə zəng edərək bank kartı nömrəsi kimi şəxsi məlumatlarınızı soruşursa, bunun fırıldaq olduğunu fərz edin. Xaricdə olan cinayətkar qruplar orada yaşayan azərbaycanlıları bu fəaliyyətə cəlb etməsi bağlı faktlar var. Danışıqları, yazışmaları həmin şəxslərin vasitəsilə aparırlar”.
Yol-xeber.az" xəbər verir ki, Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və nazirliyin hərbi qulluqçuları iştirak ediblər.
Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq minə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.
Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.