|
Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.
"İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmıza aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
"Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər".
Millət vəkili bildirib ki, prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir.
"Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək", - deyə V. Bayramov əlavə edib.
Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqənin nəticələri açıqlanıb.
Tələbə adını qazananlar arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova da var.
Şəhid xanımı Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.
Qeyd edək ki, Şahin Allahyarovun Vətən Müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi. O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahinin verilməsini istəmişdi.//qafqazinfo.az
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.
Yeni yerüstü piyada keçidi M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28.5-ci km-də tikilir.
Keçidin ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2.5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır.
Artıq layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun təqribən 65-ci km-lik hissəsində yolun hərəkət hissəsinə aşan irigövdəli ağac kənarlaşdırılıb.
Yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub, aidiyyəti qurumun əməkdaşları ilə birlikdə qısa müddət ərzində ağac doğranaraq daşınıb, ərazi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Yol-xeber.az" xəbər verir ki, Müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qax və Zaqatala rayonları ərazisindən keçən hissəsində ötən gün axşam və gecə saatlarında bir-neçə ərazidə yolun hərəkət hissəsinə irigövdəli ağaclar aşıb.
Yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazilərə cəlb olunub, qısa müddət ərzində ağaclar doğranaraq daşınıb, yolun hərəkət hissəsi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Ötən gün Şəki rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib, yolun bəzi hissələri və suötürücü borulara ziyan dəyib.
Belə ki, yolun 13-16-cı km-də Şirinbulaq kəndindən gələn sel suları yolun 15-ci km-də yerləşən suötürücü borunu tamamilə palçıq, lil, qum-çınqılla doldurmuş və sel suyu yolun üzərindən aşaraq Əlyar kəndinin daxili yollarını bərbad vəziyyətə salmışdır.
Aşağı Daşağıl kəndi ərazisində yolun 250 metrlik hissəsində (əsasən yolun 13-16-cı km-də ) çiyin hissələri tamamilə yuyulmuş, asfalt örtükdə hissə-hissə dağıntılar meydana gəlmişdir.
Şirinbulaq və Təpəcənnət yollarında suötürücü borular 80 % lil və qum-çınqılla dolmuşdur.
Dərhal təbii fəlakət baş verən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Aparılmış təxirəsalmaz tədbirlər nəticəsində yollarda yaranmış problemlər aradan qaldırılıb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qeyd edək ki, hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazilərdə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən avtomobil yollarında yaranmış fəsadların aradan qaldırılması davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN…
Bakıdakı "Binə” və “Sədərək” ticarət mərkəzlərini su basması sığorta hadisəsi hesab olunur.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.
“ASA olaraq sahibkarlara müraciət edərək bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Çünki daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur", - deyə Assosiasiya bəyan edib.
“Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur”, - deyə açıqlamada qeyd olunub.
Dünən “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilməsi xəbəri gündəmin əsas mövzusu olub. Günayın işdən ayrılma səbəbi isə sükan arxasında telefonla danışması göstərilib. Onun bu səbəbdən işdən ayrılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məhz xanım olduğu üçün işdən ayrıldığı və zərif cinsin nümayəndəsi olduğu üçün ona qarşı bu cür rəftar edildiyi bildirilib.
Gün ərzində media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edən Günay Həbibli Medianews.az-a danışıb. O, yayılan xəbərlərin heç də gerçəkləri əks etdirmədiyini bildirib.
- Günay xanım, dünəndən etibarən sosial şəbəkələrdə sizin işdən ayrılma xəbəriniz müzakirə edilir. İşdən ayrılmanıza səbəb nə olub?
- Mən 2019-cu ilin aprel ayının 1-dən etibarən “Bakı Metropoliteni”ndə ilk xanım maşinist olaraq işə başlamışam. 2023-cü ilin iyununda öz ərizəmlə işdən xaric olmuşam. İşdən çıxma səbəbim ailəvi problemlərim, ən əsas da övladımın sağlamlığı ilə bağlı idi. Hər şeydən önəmlisi mən anayam və övladımın sağlamlığı mənim üçün hər şeydən öndə gəlir. Bunun üçün bir müddətlik işimə ara verdim. Çox şükür ki, indi hər şey qaydasındadır. Onu da deyim ki, sənətimi çox sevirəm və işim üçün darıxıram. Elə bu səbəbdən də “Bakı Metropoliteni”nin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Metropolitenin rəhbərliyi başda Zaur müəllim olmaqla bu kollektivin hər bir üzvü mənə doğmadır. Rəhbərliyimiz hər zaman mənim, eləcə də digər işçilərin problemləri ilə maraqlanır. Buna görə başda rəhbərliyimiz olmaqla kollektivimizə təşəkkür edirəm. İnşallah, seçim mərhələlərini keçərək kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəyəm.
- Sosial şəbəkələrdə sizin sükan arxasında mobil telefon istifadə etdiyiniz üçün işdən ayrıldığınız qeyd olunub. Bu həqiqətdirmi?
- Yayılan bu xəbər yalandır. “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar müəllim özü də belə bir açıqlama verməyib. Media nümayəndələrinin bu məlumatı haradan əldə etmələri ilə bağlı heç bir fikrim yoxdur. Sadəcə onu deyə bilərəm ki, bu dezinformasiyadır.
- İşdən ayrılmağınızın bu qədər səs-küyə səbəb olacağını gözləyirdinizmi?
- Səmimi desək, bu qədər ajiotaja səbəb olacağını gözləyirdim. Necə ki, “Bakı Metropoliteni”nin tarixində ilk qadın maşinist olmağım mediada kifayət qədər işıq üzü görmüşdü. Eləcə də işdən çıxmağımın də diqqətə səbəb olacağını güman edirdim. Sadəcə onu demək istəyirəm ki, mən iki ay bundan öncə işdən çıxmışam. Heç bir məlumatım olmadan özəl məsələmin mətbuata sızdırlmasını doğru hesab etmirəm. Bu mənim özəl həyatımdır və edilən hərəkət özəl həyatıma birbaşa müdaxilədir. Ehtiyac olsaydı, “Bakı Metropoliteni” QSC də, mən də bu barədə ictimaiyyətə məlumat verərdik. Amma daha olanlar oldu.
- Bəs xəbəri siz necə öyrəndiniz?
- “Instagram” hesabımda izləyicilərin məni işarələməyi sayəsində öyrənmişəm. Mənim işdən çıxmağım da qlobal bir məsələ deyil. İstəməzdim xəbər bu şəkildə ictimailəşsin. Çox istərdim ki, media nümayəndələri məlumatı dəqiqləşdirib sonra yazsınlar.
- Sizcə, bu məlumatı mətbuata kim sızdırıb?
- Hamımız insanıq, həyatımızda bizi sevənlər də var, sevməyənlər də. Ola bilsin ki, bu mənim uğurumu götürməyən, məni sevməyən insanların işidir. Amma mən bu səviyyəyə öz gücümə gəlmişəm. Kimsə deyə bilməz ki, Günayın hansısa məsələsində ona mən dəstəkçi olmuşam. Gücümə, potensialıma əminəm.
- İlk qadın maşinist olmağınız sizdə hansı avantajlar yaradıb?
- İlklər hər zaman müsbət qarşılanmır. Onları ya sevirlər, ya heç sevmirlər. Mən bunu bilərək maşinist sənətini seçmişəm, peşman da deyiləm. Bəzən də düşünürəm ki, məhz elə bu sənət üçün yaradılmışam.
- Sosial şəbəkələrdə məhz qadın olduğunuz üçün adi bir səbəbdən işdən azad edilməyiniz müzakirələrə səbəb oldu. Azərbaycan qadınına dəstək olmağı vacib hesab edənlər də az olmadı. Siz necə düşünürsünüz?
- Çoxu bunu qadınların məğlubiyyəti kimi irəli sürdü. Qadın olduğum üçün məni linç etməyə çalışırlar. Amma Azərbaycan qadını heç zaman zəif olmayıb. Bizim qadınlarımız tarix yazıb. İstəmərəm ki, xanımlarımızı zəif görsünlər.
- “Bakı Metropoliteni”ndən necə ayrıldınız, onlarla aranızda hər hansı inciklik varmı?
- Xeyr. Mənim “Bakı Metropoliteni”nin rəhbərliyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyini yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim.
- Bəs bundan sonra Günay Həbibli metropolitendə hansı vəzifəni icra edəcək?
-Yenidən o adı qazanmaq üçün əvvəlki kimi mübarizəmi davam etdirəcəyəm. Bu, müvəqqəti ayrılıq idi.
- Sizi dəstəkləyənlərə buradan nə demək istərdiniz?
- Mənə dəstək olanlar hədsiz dərəcədə çox idi. Onları tanımasam belə, həmin şəxslərə təşəkkür edirəm. Onların dəstəyi məni sevindirir.
Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.
Bizim.media-ya danışan Fulya Öztürk məlumatı təsdiqləyib.
O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:
“Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.
Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:
“Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, - deyə jurnalist əlavə edib.
Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.