|
İşğaldan azad olunan Kəlbəcər rayonundakı "İstisu" sanatoriyasında yenidənqurma işləri görüləcək.
AZTV xəbər verir ki, sovetlər dönəmində regionda ən məşhur sanatoriya olan "İstisu"nun hazırda turizm potensialının qiymətləndirilməsi prosesi aparılır.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.
Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.
Gununsesi.info xəbərinə görə, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.
Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.
Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
Tədbir 4 gün davam edəcək.
“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.
“TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bununla əlaqədar qurumda Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanıb, icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.
Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.
"Karantin qaydalarının pozulması ilə bağlı cinayət törətmiş şəxsin vəziyyətini yüngülləşdirən hal kimi ancaq cinayət qanununun geriyə qüvvəsi şamil oluna bilər. Burada normativ hüquqi aktlarının ləğvindən söhbət gedə bilməz".
"Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan vəkil Elvin Əliyev bildirib.
Onun sözlərinə görə, bir dəfə cərimələnənlə mütəmadi olaraq karantin dövründə inzibati məsuliyyətə cəlb olunan və cərimə edilən şəxslərin cərimələrinin hər ikisinin birfədəlik silinməsi məqsədəmüvafiq olmaz: "Həmin cərimələr bağışlanacaqsa, icra olunmamış cərimələrə şamil edilə bilər".
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır.
Tədbir 4 gün davam edəcək.
“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur.
“TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bununla əlaqədar qurumda Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanıb, icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.
Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.
"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır, avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.
Belə ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə Agentliyin tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.
Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin “Qaynar Xətt”i olan 012-599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Quba rayonunun Qrız kəndinə qar yağıb.
“Qafqazinfo” məlumatına görə, ötən gündən bəri yağan qar ətrafı ağ örpəyə bürüyüb.
Qubanın Qrız kəndində çəkilmiş görüntüləri təqdim edirik: