prezidentden-tedbir-istirakcilarina

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

“Müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi “Bakı Enerji Həftəsi”nin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı və gələcək prioritetlərin müzakirəsi üçün önəmli platforma rolunu oynayır. Biz artıq sayca 30-cu tədbirdə – yubiley tədbirində iştirak edirik ki, bu da onun uğurlu tarixini və əhəmiyyətini bir daha təsdiqləyir.

“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.

Ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

Eyni zamanda, bu tədbir Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu yolun, beynəlxalq nüfuzunun və uzaqgörən strateji baxışının bariz təzahürüdür. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir.

Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.

Bugünkü tədbirdə nümayiş etdirilən sərgilər münasibətilə təşkilatçıları və bütün iştirakçıları bir daha təbrik edir, hər birinizə səmərəli müzakirələr, uğurlu layihələr və davamlı əməkdaşlıq arzulayıram!”

04 İyun 2025 Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında görüş keçirilib
03 İyun 2025 Prezident bu yolların əsaslı təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
03 İyun 2025 İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
03 İyun 2025 Milli Məclisin növbədəkənar sessiyası öz işinə başlayıb
03 İyun 2025 Prezident futbolçularla bir-bir selfi çəkdirdi - Video
03 İyun 2025 Pezeşkian türk diplomatı Bakıya göndərir
02 İyun 2025 İlham Əliyev türkiyəli naziri qəbul etdi - Fotolar
02 İyun 2025 İlham Əliyevi təbrik etdi
02 İyun 2025 Prezident qəbuI keçirdi - Fotolar
02 İyun 2025 “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir
02 İyun 2025 Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib
30 May 2025 Prezidentə təbriklər gəlir - YeniIənir
30 May 2025 Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək
30 May 2025 Prezident Böyük Qayıdışla bağlı sərəncam imzaladı
30 May 2025 Milli Məclisdən Prezident və xanımına təbrik
30 May 2025 Milli Məclisin yaz sessiyasının son iclası işinə başlayıb - 10 məsələ
30 May 2025 Prezident qəbul keçirdi - Fotolar
30 May 2025 ABŞ nümayəndə heyəti Azərbaycanda səfərdədir

Xəbər lenti