"Facebook və digər bənzəri sosial media səhifə istifadəçiləri sizi də aşağıdakı kimi hər hansı "post”a işarələyiblərsə (tag) ehtiyatlı olun və göstərilən keçidə əsla keçib məlumatlarınızı daxil etməyin”.

Yol-xeber.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin sosial şəbəkə istifadəçilərinə etdiyi xəbərdarlıqda deyilir.

"Bu sizin hesab və səhifənizin oğurlanması üçün "phishing” hücumudur. Belə hallarla üzləşdiyinizdə həmin səhifəni şikayət edin, posta onun saxta olması ilə bağlı şərh yazın və eləcə də öz adınızı postdan "untag” (işarələməni silmək) edin”, - deyə məlumatda qeyd edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi birgə məlumat yayıb.

"Yol-xeber.az" xəbər verir ki, məlumatda deyilir:

Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Peyvəndlənmə, Delta variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaqdır.

"İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilmişdir. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”- deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

"Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlərgöstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir”, - UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bəyan edib.

Hazırda, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədlə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaqdır.

UNICEF və ÜST-nin Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcəkdir.

“Bu gündən etibarən restoranlara ancaq koronavirusa qarşı hər iki doza peyvənd olunan şəxslər buraxılır”.

Bunu Yol-xeber.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil:

“COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. İctimai iaşə obyektlərinə restoran və kafelər də aid edilir.

Avqustun 31-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Monitorinq 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 15 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə polkovnik-leytenant Anar Eyvazov təyin olunub.

Mətbuat Xidmətinin rəisi vəzifəsi A.Eyvazova həvalə edilib.

Şər və Böhtan yazanlara tutarlı cavab - Görəsən bəzi sayt rəhbərləri Nazim Eynallıdan nə istəyir? Yel qayadan nə apara bilər? - ÖZƏL


İt hürər, karvan keçər - Fikir verməyin cənab Eynallı

Şər və Böhtan yazanlara tutarlı cavab - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallı haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır



HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallıda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "AZƏRAVTOYOL” ASC-DƏ BİYABIRÇILIQ: Katibə müdrindən hamilə qaldı…". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallının fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .






Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nazim Eynallı bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazim Eynallı kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Nazim Eynallıdan danışdılar yaxşı ki, Nazim Eynallı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisidir… Nazim Eynallı öz isguzarlığı ilə tanınır və seçilir….

Nazim Eynallı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan və peyvənd vurdurmayan şəxslər mehmanxanalara, iri ticarət mərkəzlərinə və ictimai iaşə obyektlərinə buraxılmayacaq.

Sözügedən qərar vətəndaşlar arasında bir qədər çaşqınlıq yaradıb. Vətəndaşlar həmin məkanlar bir, yoxsa iki doza peyvənd vurduran şəxslərin buraxılıb-buraxılmaması sual doğurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yol-xeber.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, mehmanxana, iri ticarət mərkəzləri və ictimai iaşə müəssisələrinə hər iki doza peyvənd vurdurmuş şəxslər daxil ola biləcək: "Bir doza peyvəndin vurulması, vaksinayadan keçmək hesab olunmur".

Qeyd edək ki, COVID pasportu koronavirus əleyhinə hər iki doza peyvənd vurdurmuş şəxslərə verilir.

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən - 1 sentyabrdan bir sıra müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Yol-xeber.az xəbər verir ki, bundan əlavə, vətəndaşların mehmanxanalara,  iri ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə daxil olması üçün də COVID-19 pasportu (hər iki doza) tələb olunur.

Bu qərarlar bəzi vətəndaşlar tərəfindən səhv başa düşülüb. Onlar COVID pasportu olmayanların bərbərxanalara və gözəllik salonlarına buraxılmayacağını hesab edir.

Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqlamasında vətəndaşların bərbərxana və gözəllik salonlarına gedərkən COVID-19 pasportuna ehtiyac olmadığını deyib:

“Qərara əsasən, bütün iş yerlərində işçi heyət 1 sentyabra qədər birinci, oktyabrın birinə qədər isə ikinci vaksin vurdurmalıdır. Gözəllik salonlarında, bərbərxanalarda vətəndaşlara kütləvi xidmət göstərilmədiyinə görə, həmin yerlərdə müştərilərdən COVID pasportu tələb olunmayacaq”, - deyə o söyləyib.



Keçirilmə yerindən asılı olmayaraq sabahdan etibarən bütün şənlik mərasimlərində COVID pasportu tələb olunacaq.

Bunu Yol-xeber.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən 1 sentyabrdan bütün şənlik mərasimlərində (toy, nişan, ad günü və s.) yaşı 18-dən yuxarı olan şəxslərdən COVID pasportu tələb olunacaq.

E.Hacıyev söyləyib ki, həyət toyları, mağarlarda və müxtəlif məkanlarda - vergi qeydiyyat statusu olmayan ünvanlarda keçirilən toy mərasimləri üçün portalda qeydiyyatdan keçməyə ehtiyac yoxdur:

“Yalnız ictimai iaşə obyektlərində keçirilən toy mərasimləri icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir”.

Bu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.

"Yol-xeber.az" xəbər verir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər.

Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.

«Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

- iPhone üçün: //apps.apple.com/app/id1541206996

- Android smartfonları üçün: //play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

- Huawei smartfonları üçün: //appgallery.huawei.com/#/app/C104343239

Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün;

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.

- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.

Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: //www.azal.az/az/information/covid-russia

Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır. «Путешествую без COVID-19» tətbiqini hazırlayan mütəxəssislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaq.

Xəbər lenti