![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, yaşı 18-dən yuxarı olan şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan başqa, bu gündən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq:
- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb olunacaq.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabr ayının 1-nə kimi uzadılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçirib.
Tədbir zamanı qayda pzountusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfərə isə inzibati qaydada protokollar tərtib edilib.
Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Musayev Namiq Xıdır oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.
AQTA-dan Yol-xeber.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena qaydalarına və texniki normativ hüquqi aktların tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.
Eyni zamanda işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-dən "Yol-xeber.az"a daxil olan müraciətdə deyilir:
"Yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır. Təsadüfi deyildir ki, “Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyən edilməsinə həsr olunub. Məsələn, Qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir.
Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir, bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.
Bizim diqqət çəkmək istədiyimiz məqam isə məhz hüquq norma və qaydaları ilə tənzimlənməsi müşkül, lakin təhlükə ehtimalı yüksək olan bir reallıq - yollarda sahibsiz ev və ya vəhşi heyvanların yaratdığı təhlükədir ki, burada məsuliyyət birtərəflidir.
Çoxları təsdiq edər ki, qəfil yola çıxan sahibsiz ev və ya vəhşi heyvanın yaratdığı təhlükədən yayınmaq heç də asan olmur. Əksər hallarda belə vəziyyət sürücünün, sərnişinlərin, yolun kənarındakı piyadaların həyat və sağlamlıqlarının təhlükə altında qalması, ciddi maddi ziyan və hətta bəzən ölümlə nəticələnir.
Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət alıb, Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlmişdi. Avqust ayının 25-də Quba rayonunda 5 nəfər gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi də ehtimal olundu ki, sahibsiz itin qəfil yola çıxması səbəbindən baş vermişdi.
Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.
Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur. Ələlxüsus gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində isə qəzadan qaçmaq, demək olar ki, mümkün olmur.
Yaz-yay aylarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallar içərisində sahibsiz ev və ya vəhşi heyvanın qəfil yolun hərəkət hissəsinə çıxması amilinin tez-tez səslənməsi mövzunun aktual olmasından xəbər verir, eyni zamanda sürücülərimizdən yuxarıda sadaladığımız şərtləri nəzərə alaraq son dərəcə diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağı tələb edir.
Bununla yanaşı, yollarda qayda pozuntularını qeydə alan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (radarların) mövcudluğundan yaxud ərazidə dövlət yol polisi əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər bütün hallarda yol hərəkəti qaydalarına, xüsusən də müəyyən olunmuş sürət rejiminə dəqiqliklə əməl etməlidirlər ki, təhlükəsizlik təmin olunsun".
Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Yol-xeber.az Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.
Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaq.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bu barədə Ölkə.az-a Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir:
“Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.
“Bir neçə müddətdir UNO-la bağlı sənədləri toplayıram”.
Yol-xeber.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib. O araşdırmanı nə üçün apardığını deməsə də, yaxın günlərdə açıqlayacağını söyləyib:
“Ciddi dostlar mənə lağ edirlər ki, mövzu yoxdur araşdırmağa. Məni qeyri-ciddi araşdırma etməkdə ittiham edirlər. 29 avqust 2021-ci il. Bunu yadda saxlayın. Yaxın günlərdə elə bir hadisə olacaq hamınız mənim niyə bu araşdırmanı apardığımı və Azərbaycanda bunun olmasını iddia etdiyimi görəcəksiniz.
İndi gülün, lağ edin. Amma sonunda mən niyə və nə üçün tədqiqat apardığımı görəndə üzr istəməyə yer də saxlayın”,-deyə o qeyd edib.
Onun bu açıqlaması sosial mediada müzakirə olunub. Belə ki, sosial şəbəkə istifadəçiləri alimin bu açıqlamasını ciddi qəbul etməyənlər olub.
Bir qisim mövzunun onları maraqlandırdığını desə də, digər qisim Z.Əliyevin açıqlamasına şübhə ilə yanaşıb.