![]() |
|
Koronavirusla mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin reydləri davam edir.
Yol-xeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, növbəti belə reyd paytaxtın Nizami rayonunda yerləşən ticarət obyektlərində və şadlıq saraylarında keçirilib.
Yaradılmış operativ qruplar mağazalarda işçilərin vaksinasiya olunması prosesini yoxlayıblar. Həmçinin gələn müştərilərə maska taxmağın vacibliyi ilə bağlı müvafiq izahatlar verilib.
Həmçinin restoranlarda toy məclisinə gələn qonaqların və işçi personalın vaksinasiya prosesində iştirakı yoxlanıb. Daha sonra sosial məsafənin qorunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Nizami rayon icra hakimiyyətinin şöbə müdüri Əli Axundovun sözlərinə görə, bugünki reyddə ciddi qanun pozuntusu aşkar edilməyib.
Paytaxt ərazisində belə reydlər müntəzəm şəkildə aparılacaq.
Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyev yeni vəzifəyə təyin olunub.
Qaynarinfo xəbər verir ki, sabiq nazir hazırda Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirir.
O, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Direktor vəzifəsini isə Rəşid Vəzirov icra edir.
Xatırladaq ki, Oqtay Kazım oğlu Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
“Operativ Qərargah əvvəlcədən elan etdi ki, heç bir halda biz hansısa formada inzibati metodlarla toy mərasimlərinə müdaxilə etməyəcəyik”.
Yol-xeber.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, vurğulandı ki, vətəndaş məsuliyyəti, sahibkarlıq subyektinin rəhbərliyi, yəni hüquqi və fiziki şəxslər bu elementar, sadə normalara əməl etsinlər:
“150 nəfərə qədər mütləq qaydada COVID-19 pasportu tələb olunur, 50 nəfərə qədər olan məclislərdə isə COVID-19 pasportu tələb edilmir, ancaq maska tələbi var.
Bəs sahibkarlar, ictimai iaşə obyekti sahibləri, ayrı-ayrı vətəndaşlar nə etdilər? Bakı şəhəri üzrə bir günün rəqəmlərinə baxaq.
314 şadlıq sarayının mərasim iştirakçılarının COVID-19 pasportu yoxlanılıb. Həmin 314 şadlıq sarayında 3335 nəfərin vaksinasiya olunmadığı ortaya çıxıb.
Artıq hökumət qərara gəldi ki, bu tədbirlərin daha effektiv olması, qapanmaların yaranmaması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün sahibkarlıq subyektlərinin üzərinə qoyulan bu öhdəliyə bir qədər dövlətin müdaxiləsini yaxınlaşdırsın.
Bununla müvafiq dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyinin nümayəndələri restoranlarda, ictimai iaşə obyektlərinin qarşısında toya dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmamasını yoxlamağa başladı. Rəqəmlər də kifayət qədər ciddidir”.
Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.
Yol-xeber.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:
“Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.
Bakının bəzi küçə və prospektlərində tıxac var.
Bu barədə Yol-xeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Belə ki, Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamət üzrə çox güclü sıxlıq müşahidə olunur).
Eləcə də Tbilisi prospekti - əsas yol və köməkçi yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində), Qara Qarayev prospekti – əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqaməti) , Alı Mustafayev küçəsi – əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq müşahidə olunur.
Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından iki il ötür.
Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985 Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan “Ali Hərbi Təyyarəçilik Məktəbini Uçuş Mühəndisi” ixtisasına yiyələnərək təhsil ocağını yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan beş nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılıb. 20 avqust tarixində isə pilotun nəşi tapılıb. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə Hərbi Pilot polkovnik-leytnant Rəşad Atakişiyevə Şəhid statusu verilib.
Ailəli olub. Vətənə yadigar iki övladı qalıb.
Bir müddət əvvəl qonşu ölkələrlə yanaşı Azərbaycanda da “Delta” ştammı aşkarlandı. Virusun mutasiyaya uğrayan digər növləri ilə müqayisədə daha ölümcül olan bu virus ölkədə ciddi narahatlıq yaratdı. Bəs görəsən qarşıdan gələn 4-cü dalğada bizi nələr gözləyir?
Yol-xeber.az xəbər verir ki, bu haqda həkim Vasif İsmayıl, 4-cü dalğanın 3-cü dən güclü olacağını deyib.
O, ölkədə əsaslı qapanmalara gedilməyəcəyini bildirib:
“Biricisi 4-cü dalğa zamanı xəstələnmiş insanların immuniteti bitmiş olacaq. Bu isə 100 minlərlə insan deməkdir. İkincisi artıq peyvənd vurduranların qoruyuculuğu bitəcək və onlar 3-cü doza vaksin vurdurmalı olacaqlar. Azərbaycanda 4-cü dalğa avqustun ortasına sonra gözlənilir. Biz bunu təxmini hesablamalarımıza görə bilirik.
Qapanmalar mütəq olacaq. Azərbaycanda 4-cü dalğa 3-cüdən daha güclü olacaq. Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də “Evdə qal” kompaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə, toylar və məclislər qadağan olunacaq. Bəklə idman salonları bağlanmadı”.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.
Dəniz suyunun temperaturu, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 24-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin məhkəməsi zamanı təqsirləndirilən şəxslərdən Karapetyan Rafik Robertoviç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yol-xeber.az report-a istinadən xəbər verir ki, Karapetyan məhkəmədən ədalətli qərar gözlədiyini bildirib:
"Əməlimdən peşmanam. Azərbaycan Prezidentinə və Azərbaycan Hökumətinə təşəkkür edirəm. Məhkəmədən barəmizdə bəraət hökmü verilməsini xahiş edirəm".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
Dəyişikliyə əsasən, qanunun 41-ci maddəsi yeni redaksiyada verilir:
“Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi
Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir”.